Ramiz Zeynalovun işçisi prezidentin tapşırıqlarına məhəl qoymur?-VİDEO
Tarix: 15-12-2015, 14:04 | Çap et
Ramiz Zeynalovun işçisi prezidentin tapşırıqlarına məhəl qoymur?-VİDEO
Əslində polkovnik Balakişi Əhmədov öz biznesi ilə əlaqədar cənub bölgəsinə işgüzar səfər etmişdir

BDYPİ-nin alay komandiri, polkovnik Balakişi Əhmədov dekabrın 13-ü cənub bölgəsinə səfəri zamanı ağla sığmaz təhlükəsizlik tədbirləri həyata keçirib. Onun avtomobili hərəkətdə olarkən Göytəpə DYP-dən Masallı rayonunun Sərçuvar kəndinə qədər onu müşayət edən "kolon" yolda bütün hərəkəti saxlayaraq, mərkəzi yolda avtomobillərin hərəkətinə mane olub. Bütün bunların şahidi olan btv əməkdaşları həmin anı lentə alıblar. Balakişi Əhmədovun təhlükəsizliyinə nəzarət edən isə Göytəpə postunun komandiri Hikmət Qafarov və Salyan DYP postunun rəisi Qulu müəllim olub. Bununla bağlı əməkdaşım Hikmət Qafarova müraciət edib.O, bildirib ki, Balakişi Əhmədov dövlət tədbiri ilə əlaqədar olaraq səfər edir. Lakin mənbə əksini iddia edir. Bildirilir ki, polkovnik Balakişi Əhmədov öz biznesi ilə əlaqədar cənub bölgəsinə işgüzar səfər etmişdir. Belə ki, o, yeni yaratdığı "asfalt zavod"da görüş keçirib.
Görünür Balakişi Əhmədov ölkə başçısının məmurların qudurğanlığı,özbaşınalığı ilkə bağlı səsləndirdiyi sərt tənqidləri, verdiyi tapşırıqları eşitməyib ya da eşitmək istəməyib.






Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net