Astaranın icra başçısı Heydər Əliyevin anım mərasimini yarımçıq tərk edib-VİDEO
Tarix: 14-12-2015, 09:03 | Çap et
Astaranın icra başçısı Heydər Əliyevin anım mərasimini yarımçıq tərk edib-VİDEO
2 il öncə də Qəzənfər Ağayev Qurtuluş Gününü unudaraq, başı öz əyləncəsinə qarışıb

Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 12 il ötür. Paytaxtda və respublikanın bütün bölgələrində anım mərasimi keçirilib. Lakin Astara da icra başçısı Qəzənfər Ağayev mərasimi tezliklə tərk edib. Bu barədə Bolgexeber.com-a məlumat daxil olub. Redaksiyamıza göndərilən qısa videosüjetdə icra başçısının xidməti maşınla rayonda çıxdığı görüntülənib. Anım mərasimini yarımçıq tərk etməyə vadar edən səbəblər isə məlum deyil.
Qeyd edək ki, 2 il öncə də Qəzənfər Ağayev Qurtuluş Gününü unudaraq, başı öz əyləncəsinə qarışıb. Xatırlatmadan sonra onun yadına düşüb ki, rayonda tədbir keçirmək lazımdır.






Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net