
Göygöl rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Alabaşlı kəndində Şəmkir rayon sakini Kəmaləddin Qafarov idarə etdiyi “QAZel” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini Səfər Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır