`Putindən incimişəm...` - Ərdoğan Gülü də `vurdu`
Tarix: 8-05-2015, 12:08 | Çap et
`Putindən incimişəm...` - Ərdoğan Gülü də `vurdu`
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirilən ziyafətdə səmimi açıqlamalar verib.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki,1915-ci il hadisələrinin gündəmə gəldiyi və akademiklərin iştirak etdiyi ziyafətdə Ərdoğan Rusiya prezidenti Vladimir Putinə `erməni soyqırımı` ilə bağlı verdikləri qərar və sərgilədikləri mövqeyə görə iradını bildirdiyini deyib.

“Putinlə telefonla danışdım. İncidiyimi söylədim. Münasibətlərimizə zərər verdiyini və bu münasibətləri yenidən gözdən keçirməli olduğunu bildirdim”.

Ərdoğan onu da qeyd edib ki, Rusiyanın rəsmi səviyyədə 24 apreldə İrəvandakı anım mərasiminə qatılmasına görə, Türkiyə də şəxsi dəvətə baxmayaraq, 9 May paradına qatılmayacaq.

Davamlı olaraq erməni məsələsinin müzakirə olunduğu toplantıda sələfi Abdulla Gülə də üstüörtülü mesajlar verən Ərdoğan sərt sözlər deyib: “Daha əvvəl fəqli addımlar atıldı. İrəvana gedildi, futbol matçı izlənildi. Bunlar münasibətlərin istiləşdiyini və yumuşaldığı mesajı kimi görünür. Amma bu, İrəvanın əlini gücləndirdi. Daha sonra üzərimizə sərt gəlindi”-deyə Türkiyə prezidenti bildirib.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net