"Qarabağ və Kırımın işğalı eyni dəst-xətdir" - Ruslana
Tarix: 6-05-2015, 17:12 | Çap et
"Qarabağ və Kırımın işğalı eyni dəst-xətdir" - Ruslana
“Gəldilər və bizim torpaqlarımızı zəbt elədilər. Bu məsələlərdə birmənalı olaraq paralellik var. Qarabağ və Krımın işğalı eyni dəst-xətdir”.

Vertikal.az-ın musavat.com-a istinadən məlumatına görə, bu sözləri Ukraynanın xalq artisti, tanınmış ictimai-siyasi xadim, “Eurovision” musiqi yarışmasının qalibi Ruslana vesti.az saytına müsahibəsində Krım və Dağlıq Qarabağ münaqişələri arasında paralellik apararkən bildirib.

“Əgər şərin qarşısı alınmasa, belə konfliktlər hər yerdə qızışacaq” – deyib Ruslana. O, Ukraynadakı Azərbaycan diasporundan da razılıq edib:

“Onlar gözəl insanlardır. Biz doğma kimiyik. Azərbaycan və Ukrayna xalqları qohumluq əlaqələrinə malikdir. Bizim aramızda qarşılıqlı məhəbbət və qarşılıqlı heyranlıq var. Mən sizin xalqı sevirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net