ABŞ səfiri ölkəsindəki polis zorakılığı və iğtişaşlar haqda
Tarix: 6-05-2015, 16:59 | Çap et
ABŞ səfiri ölkəsindəki polis zorakılığı və iğtişaşlar haqda
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və səfir müavini Derek Hoqan ölkələrindəki irqi zəmində yaranmış gərginlik və polis zorakılığı mövzusunda söhbətə başlamağa hazırdırlar.

Virtualaz.org bildirir ki, bu barədə səfiriyin rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda deyilir:

-Feysbukdakı dostlarımızı salamlayırıq... Öncə artıq aldığımızı sualları cavablandıracağıq və söhbət əsnasında aldığımız suallara cavab verməyə çalışacağıq. Söhbətimiz vaxtı ərzində cavab verə bilmədiyimiz sualları sonra cavablandıraraq səhifəmizdə yerləşdirəcəyik.

Virtualaz.org onu da xatırladır ki, son günlər ABŞ-ın Boston, Ferqüsson, Missuri, Vaşinqton, Denver və Siettle şəhərlərində etiraz aksiyaları keçirilib.

Etiraz aksiyaları bir neçə gün öncə Baltimor şəhərində polis tərəfindən güllələnən Freddi Qreyin ölümü ilə əlaqədar təşkil olunur.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net