
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bəyan edib ki, lazım gəlsə, Boris Nemtsovun qətli ilə bağlı ifadə verməyə hazırdır.
Virtualaz.org bildirir ki. R.Kadırov “Danışır Moskva” radiosunun efirində bu barədə danışarkən deyib: “Mən ifadə verməyə hazıram. Heç bir problem yoxdur. Xüsusən də, əgər bunu Nemtsovun övladları tələb edirsə...”.
Bununla yanaşı, R.Kadırov deyib: “Mənim üçün maraqlıdır: görəsən, Nemtsovun vəkilləri məndən nəyi soruşa bilərlər?”.