
Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökuməti istefaya göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayev aprelin 26-da keçirilmiş növbədənkənar prezident seçkilərində 97,7 faiz səslə qələbə qazanıb.