
Çanaqqala Sülh Zirvəsi erməni yalanlarına və ermənipərəstlərə bir cavab olacaq. Bu tədbir bir daha təsdiqlədi ki, Türkiyə prosesləri qabaqlamaq üçün bir sıra addımlar atır.
Bunu SalamNews-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan-Hollandiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Adil Əliyev söyləyib.
Deputat bildirib ki, prezident İlham Əliyevin tədbirdə iştirakı, Azərbaycanın qardaş ölkəni meydanda tək qoymadığını və iki ölkənin proseslərə güclü hazırlaşdığını ortaya qoydu:“Əslində Canaqqalada şəhidlərimizlə birgə, İngiltərə və onu dəstəkləyən qüvvələrin əsgər və zabitlərinin məzarlarının bu günə qədər qorunub saxlanılması, türk millətinin işğalçı ölkənin insanına olan münasibətini təsdiqləyir. Bu, əsl insani yanaşmadır. Hazırda məzarlıq dostluq və sülh məkanına çevrilib. Dünyanın müxtəlif yerlərindən insanlar gəlib əcdadlarının məzarlarını ziyarət edirlər. Gerçəklikdən və tarixi faktdan qaçmaq olmaz”.
Adil Əliyev beynəlxalq aləmi əsl gerçəyi görməyə çağırıb: “Dünya işğalçı Ermənistanın əməllərini görmək istəmir. Azərbaycan işğal altında qalan torpaqları Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığını göstərir. Halbukı tarixdə olmayan bir qurma oyunu türk millətinin üzərinə yıxmaq istəyir. Bu qüvvəllər istədiklərinə nail ola bilməyəcəklər və erməni yalanları puça çıxacaq”.