
Bakının mərkəzində təhlükəli görünüşlü qaraçılar peyda olub.
illi.az bildirir ki, bir neçə gündür metronun “İçəri şəhər” stansiyasının ətrafında, Filarmoniya bağında 4-5 gənc oğlan insanlara divan tutur. Əsasən, gənc oğlan və qızlara yaxınlaşaraq zorla pul tələb edir, əllərindəki şəkilləri satırlar. Onlaran biri isə əlil ağacı ilə gəzərək insanlardan pul tələb edir.
Məsələ ilə bağlı Səbayel rayon post-patrul xidməti məlumatlandırılıb. Çox keçmədən polis onlara qarşı əməliyyata başlayıb. Ancaq bu əməliyyatı uğurlu saymaq olmaz. Polis 4-5 qaraçıdan cəmi bir nəfəri ələ keçirə bilib. Polisi görən qaraçılar qaçmağa başlayıb və İçəri şəhərə girərək gözdən itiblər.
Ən maraqlısı o olub ki, əlil ağacı ilə gəzən şəxsin fırıldağı polisi görən kimi üzə çıxıb. O, ağacını əlinə alaraq yüksək sürətlə qaçıb polisdən yaxa qurtarıb. Hazırda polis əməkdaşları İşəri şəhər ərazisinin bütün giriş-çıxışlarını tutaraq həmin qaraçıları saxlamağa çalışırlar.
◀▶