Nazarbayev Bakıdakı adamını niyə cəzalandırdı
Tarix: 23-04-2015, 16:53 | Çap et
Nazarbayev Bakıdakı adamını niyə cəzalandırdı
2013-cü ilin martında Azərbaycana təyin edilmiş Qazaxıstanın səfiri Amangeldı Jumabayev bu ilin martında tutduğu vəzifədən geri çağırılıb. Onun geri çağırılması diplomatik səlahiyyətinin başa çatması ilə əlaqələndirilsə də, əslində səbəb tamam başqa məsələ olub.

Belə ki, FaktXəbər-ə bu barədə məlumat verən mənbə Amangeldı Jumabayevшт biabırçı əməlindən söz açır. Bildirilir ki, 1951-ci il təvəllüdlü səfirin katibəsi ilə çox yaxın münasibətləri olub. Münasibət o qədər yaxın olub ki, səfirin katibəsindən qeyri-qanuni olaraq bir qızı dünyaya gəlib. Qızın dünyaya gəlməsindən cəmi bir neçə gün sonra bu barədə xəbər Astanaya çatır. Və prezident Nursultan Nazarbayev səfirin geri çağırılması göstərişini verir. Onun yerinə isə gənc kadr Beybit İsabayev Oksikbayeviç təyin edilib.

Amangeldı Jumabayev 1951-ci il oktyabrın 4-də Almatı vilayətində anadan olub. Bundan əvvəl respublikanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. S.M.Kirov adına Qazaxıstan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini (1974-cü il), Almatı Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisadiyyat fakültəsini (1978-ci il), SSRİ NŞ yanında Xalq Təsərrüfatı Akademiyasını (1991-ci il) və Kənd Təsərrüfatı İqtisadiyyatı Ümumittifaq ETİ-nin əyani aspiranturasını (Moskva, 1982-ci il) bitirib.

İngilis dilini bilir. 1996-cı ilin noyabrından diplomatik xidmət orqanlarında çalışır.

Onun bu son əməli isə diplomatik missiyanın adına ləkə olduğu üçün onun fəaliyyətinə birdəfəlik xitam verilib.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net