Yarışan avtobuslar toqquşdu – Yaralılar var+Fotolar
Tarix: 23-04-2015, 16:36 | Çap et
Yarışan avtobuslar toqquşdu – Yaralılar var+Fotolar
Bir neçə dəqiqə öncə Nərimanov rayonunda iki marşrut avtobusu toqquşub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Mont İnn” otelinin qarşısında 14 saylı xətt avtobusları toqquşub.

Şahidlərin verdiyi məlumata görə, hər iki marşrut avtobusu bir-birini ötmək üçün yarışırmış. Nəticədə idarəetməni itirən avtobuslar qəza törədib. Bu zaman sol zolaqdan hərəkət edən Mercedes markalı avtomobil də digər sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb, yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yarışan avtobuslar toqquşdu – Yaralılar var+Fotolar
Yarışan avtobuslar toqquşdu – Yaralılar var+Fotolar





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net