"Azercell"dən Vergilər Nazirliyinin nüfuzuna zərbə - "Mediacell" xidməti haqqı niyə geri çevirildi?
Tarix: 23-04-2015, 16:32 | Çap et
"Azercell"dən Vergilər Nazirliyinin nüfuzuna zərbə - "Mediacell" xidməti haqqı niyə geri çevirildi?
Azercell MMC-nin "Mediacell" xidməti var. Mətbuat orqanlarında çalışan jurnalistlərə güzəştli şərtlərlə xidmət edir. Bu xidmətin varlığını duyub biz də getdik Azercell MMC-nin müştəri xidmətinə.

Avropa.info xəbər portalının qeydiyyatı ilə bağlı sənədi və saytın rəhbərliyinin Azercell-ə müraciətini təqdim etdik.

Müştəri xidmətində bizi ədəb-ərkanla qarşılayan xanım tarifi, bu xidmətin verdiyi güzəşt və imkanları da səbrlə izah etdi. Təqdim olunan sənədləri qəbul edib, müqavilə sənədini hazırlamağa başladı. Amma son anda...

Hər şey elə bundan sonra başladı. Azercell-in əməkdaşı olan xanım hüquqşunasla məsləhətləşməyə qərar verdi. Sənədlər hüquqşünasa göndərildi, sonra xanımla həmin hüquqşünas arasında telefon məsləhətləşməsi oldu. Telefon danışığından sonra Azercell əməkdaşı bizim xəbər portalının bu xidmətdən istifadə edə bilmək hüququmuzunun olmadğını dedi. Səbəb?

"Səbəb" belədi. Avropa.info xəbər portalı "Avropa Press" MMC-nin nəzdində fəaliyyət göstərir. Azercell əməkdaşının "məntiq"inə görə bu fəaliyyət Avropa.info-nun mətbuat orqanı olması faktını aydınlaşdırmır. Xanım bizə məsləhət gördü ki, xəbər portalı Ədliyyə Nazirliyində qeydə alınsın, bundan sonra Mediacell xidmətindən yararlanmaq "haqqı"nı əldə edək.

"Avropa Press" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət reyestri qaydasında 11 mart 2012-ci ildə qeydə alınıb. Avropa.info xəbər portalı da bu MMC-nin nəzdində mətbuat orqanı kimi fəaliyyət göstərir. Azercell-in xidmətdən yaralanmaq haqqımızdan imtina etdiyinə səbəb də "Avropa Press"in Vergilər Nazirliyində qeydə alınmasıdı.

Bu imtinadakı hüquqi uyğunsuzluğu şərh etmədən öncə bir məsələyə xüsusi olaraq toxunmağı zəruri bilirik. Azercell MMC bu davanışı ilə Vergilər Nazirliyi kimi mühüm dövlət qurumunun nüfuzunu şübhə altına salır. Fəaliyyət sahəsinə mətbuat orqanı təsis etmək haqqında müdəanı göstərən "Avropa Press" MMC-nin qeydə alınmasında qanundan kənar hansısa şərt olsaydı, təbii ki, Vergilər Nazirliyi də bu qurumu qeydə almayacaqdı. Hüquqşünasın hüquqa sığmayan "məntiq" daha bir savadsızlığı ortaya qoyur. Xəbər portalı, informasıya agentlikləri və xəbər saytları Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmır. Ədliyyə Nazirliyi yalnız çap mediasını dövlər reystri qayasında qeydə alır.

"Avropa Press" MMC-nin mətbutla bağlı qurum olduğunu müştəri xidmətindəki xanımın diqqətinə çatdırmağımız da heç nəyi dəyişmədi. Xanımın "arqumenti" bu oldu ki, "Avropa Press" MMC-nin adındakı Press sözü heç nə demir, guya biz bu adla qeydiyyatdan keçib, başqa fəaliyyətlə də məşğul ola bilərmişik.

Həmin "məntiq" daha bir "gerçəyi" də ortaya çıxara bilər. Məsələn, adına bu Press sözü olan MMC təsis etməklə hətta heyvandarlıqla da məşğul olub, "press"in heyvan yeminin preslənməsi prosesi kimi də təqdim etmək mümkündü. Azercell MMC-dəki bu "məntiq"ə "molodes" deməkdən başqa bir çarə qalmır.

Mediacell xidmətini jurnalistlərin üzünə açıq elan etmiş Azercell MMC təqdim etdiyimiz sənədləri üzümüzə vurub geri qaytardı. Biz də bu yazı ilə Avropa.info-nun mətbuat orqanı olduğunu göstərmək istədik. Görək, yenə şübhələri qalacaqmı?!

Azercell MMC-nin cavab haqqını tanıdığımızı bildirir, təmkinlə bu yazımıza onlardan cavab gözləyirik. Avropa.info-nun mətbuat orqanı olduğuna oxucularımız inanır, görəsən, Azercell necə, inanacaqmı?





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net