Prezident Bakıda çəkdirdiyi şəkilləri paylaşdı (FOTO)
Tarix: 15-04-2015, 10:18 | Çap et
Prezident Bakıda çəkdirdiyi şəkilləri paylaşdı (FOTO)
Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov özünün İnstagram səhifəsində Bakının görməli yerlərində çəkdiyi şəkilləri yerləşdirib.

ANS PRESS-in AzərTAc-a istinadla verdiyi məlumata görə, prezident Rüstəm Minnixanov sosial şəbəkədəki səhifəsində Azərbaycanın tatar icması ilə görüşündən görüntülər, “Alov Qüllələri”nin, “Panorama” əyləncə çarxının, Dövlət Bayrağı Meydanının, Dənizkənarı Milli Parkın fotoşəkillərini yerləşdirib.

Bakının görüntüləri, eləcə də Azərbaycanda yaşayan tatarlarla çəkilmiş şəkillər Prezident səhifəsinin abunəçiləri tərəfindən maraqla qarşılanıb.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net