
Xəzərdə balıq ovuna çıxan balıqçılar itkin düşüb.
Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi ilə bağlı məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin axtarışlarına başlayıb.
Əlavə məlumat veriləcək.