«Maqnit» Ekspress Kredit vətəndaşları canından bezdirib... –“Peşman olmuşuq”
Tarix: 10-03-2015, 10:24 | Çap et
«Maqnit» Ekspress Kredit vətəndaşları canından bezdirib... –“Peşman olmuşuq”
Redaksiyamıza müraciət edən Həsənov Fikrət «Maqnit» Ekspress Kredit mağazalar şəbəkəsindən giley-güzar edir. Vətəndaş Vertikal.az-a müraciətində bildirir ki, 6 ay əvvəl bu dükandan kreditə telefon götürüb.

Vətəndaşın yazdıqları: “Elə qara günlərim də bundan sonra başlayıb. Mən kredit pulunu gecikdirməyi sevmirəm və hər zaman işimi düzənli tuturam. Amma buna baxmayaraq, «Maqnit»in əməkdaşları kredit vaxtı çatar-çatmaz səhər saatlarından həm mənim və həm də krediti götürərkən təqdim etdiyimin yaxınlarımın telefonlarını dəng edirlər».

Vətəndaş bildirir ki, dəfələrlə bununla bağlı iradlarını çatdırsa da, yenə də şirkət öz bildiyini edir: «Sonuncu dəfə isə qış tətili ilə əlaqədar Bakıda olmayacağımı bildiyimdən 3 aylıq kredit pulumu əvvəldən ödədim. Amma sən demə, şirkətin əməkdaşlarının hansısa hesablamasına görə, köhnədən gecikməm olub və mənim 3 manat 60 qəpik borcum qalıb.

Tutalım, mənim bu qədər borcum qalıbmış. Nədən 3 aylıq ödənişi əvvəlindən edəndə mənə bu barədə heç nə deyilməyib. Söhbət məbləğdə deyil. Söhbət ondan gedir ki, şirkətin çalışanları artıq 2 gündür ki, məni və yaxınlarımı əməlli-başlı çilədən çıxarıblar. Canımızı boğazımıza yığıblar.

Dəfələrlə anlatmışıq ki, Bakıda deyilik və geri dönən kimi 3 manat 60 qəpiyi qat-qat artıq formada ödəyəcəyik. Amma buna rəğmən yenə də şirkət israrla həmin məbləği tələb edir».

Vətəndaş Azərbaycanda istehlakçıların hüquqlarının zəif müdafiə olunduğunu da bildirir: «Təbii ki, bağlanan bütün bu kimi müqavilələrdən alıcıların, müştərilərin hüquqları heç bir formada qorunmur. Müqaviləni hazırlayan tərəf yalnız öz maraqlarını güdür. Bu sahəyə heç bir nəzarət olmadığından «Maqnit» kimi şirkətlər də istədikləri zaman vətəndaşlara 3 manat 60 qəpiyə görə 3600 manatlıq əsəb gərginliyi yaşada bilirlər».





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net