Ağdamın baş həkimi sabiq icra başçısı ilə ortaq biznes qurub – ŞOK TƏFƏRRÜAT
Tarix: 1-04-2015, 10:25 | Çap et
Ağdamın baş həkimi sabiq icra başçısı ilə ortaq biznes qurub – ŞOK TƏFƏRRÜAT
Ağdam Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova haqqındakı ciddi kompromatlar yuxarı dairələrə ötürülüb və onunla bağlı son qərarın veriləcəyi gözlənilir.
Bu sözləri Olkexeber.com -a etibarlı mənbə bildirib. Qaynağımızın sözlərinə görə, Ağdam səhiyyəsindəki yeyintiləri özündə əks etdirən faktlar o qədər çoxdur ki, baş həkimin vəzifədən azad ediləcəyi mümkün ehtimallar arasındadır:
“Baş həkim Gülnar Abbsova Ağdam səhiyyəsini şəxsi qazanc mənbəyinə çevirib. Xəstəxanadakı dözülməz vəziyyət bir yana, baş həkim indi də rayondakı dərman biznesini də nəzarəti altına keçirir. Belə ki, o Ağdamın sabiq icra başçılarından olan, “rüşvətxorluq və korrupsiyanın memarı” adını qazanmış Həsən Sarıyevlə ortaq aptekçilik fəaliyyətinə start verib. Baş həkimlə sabiq icra başçısı Ağdam Mərkəzi Xəstəxanasının qarşısında ortaq aptek açıblar və həmin apteki Həsən sarıyevin həyat yoldaşı işlədir. Gülnar Abbasova isə xəstələri dərman almaq üçün məhz həmin aptekə istiqamətləndirir”.
Mənbəmiz daha sonra bildirir ki, Gülnar Abbasova hazırda həyat yoldaşı ilə İsveçrədə səfərdədir: “Deyilənə görə, baş həkim İsveçrəyə müalicə olunmaq məqsədilə yollanıb. Bizə maraqlıdır, baş həkim özü müalicə üçün xaricə üz tutursa biz sıravi vətəndaşlar onun rəhbərlik etdiyi səhiyyə ocağına necə inana bilərik?”.
Sonda xatırladaq ki, Ağdam Mərkəzi xəstəxanası ilə bağlı redaksiyamıza daha ilginc məlumatlar daxil olub. Həmin məlumatlarla isə oxucularımızı yaxın günlərdə daha ətraflı tanış edəcəyik.
Mövzuya qayıdacağıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net