Yardımlıdan olan sahibkar "Azercell"dən şikayətçidir
Tarix: 31-03-2015, 09:45 | Çap et
Yardımlıdan olan sahibkar "Azercell"dən şikayətçidir
Yardımlı rayonundan Mirhəsən Məmmədov adlı vətəndaş Vertikal.az-ın elektron ünvanına şikayət məktubu göndərib.

O, “Azercell” şirkətinin fəaliyyətindən narazıdır:

“Bir çoxları kimi mən də “Azercell”in müştərisiyəm. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumdan mobil telefon mənim üçün həm də iş həyatımın ən vaz keçilməz aksessuarıdır. Təəssüf ki, XXI əsr insanın gündəlik həyatında bu qədər mühüm əhəmiyyətə malik olan telefon xidməti müxtəlif yollarla pul qazanmaq istəyən mobil operatorlarının yarıtmaz fəaliyyəti nəticəsində bəzən işgəncəyə də çevrilə bilir.

Məsələn, gün ərzində mənə “Azercell”-dən onlarla lüzumsuz SMS-lər gəlir, vaxtımın çoxu bunları araşdırmaqla, oxumaqla keçir. Axı, niyə mənim nömrəmə kimsə boşuna mesaj yollayıb əsəblərimlə oynamalıdır.

Üstəlik, son bir ayda şəxsən özüm və tanıdığım müxtəlif insanlar digər xoşa gəlməz hadisəylə üzləşirlər. Yəni "Azercell" konturunu telefona yükləmək üçün onun şifrə kodunun örtüyünü pozanda rəqəmlər də pozulur. Camaat bir təhər 3 manata kontur alır, onu da yükləyə bilmir.

Məcbursan, şirkətin rayonda və yaxud ətraf ərazilərdə yerləşən ofisinə müraciət edib onların köməyi ilə konturu telefona yükləyəsən. Bu da əlavə vaxt və vəsait itkisi deməkdir.

Yəqin ki, yüzlərlə adam mənim qarşılaşdığım problemlə üzləşib. Odur ki, şikətin cavabdehlərindən qəti şəkildə tələb edirəm ki, işlərində dönuş etsinlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net