Seçiciləri özü də zərərçəkənə çevrilən Fəzail Ağamalıdan nə gözləsinlər?
Tarix: 18-03-2015, 10:07 | Çap et
Seçiciləri özü də zərərçəkənə çevrilən Fəzail Ağamalıdan nə gözləsinlər?
Ötən ay Muğana yağan qar bölgədə yaşayan əhaliyə maddi və mənəvi ziyan vurdu. Həmin fəsadların bir çoxu bu gün də aradan qalxmayıb.

Salyan və Neftçala rayonlarının bir çox kəndlərində yaşayış evləri ətrafında yarnan süni gölməçələr sanki yerli sakinlərə meydan oxuyur. Halbuki bu gölməçələri, indi də olmasa, gələcəkdə aradan qaldırmaq mükündür. Çünki kəndətrafı ərazilər əkin sahihələri ilə əhatə olunub, orada kifayət qədər drenaj kolektorları mövcuddur.

Sadəcə baş verənləri ölüçb-biçib yay aylarında az xərclə həmin drenaj sisteminə qoşmaq lazmdır . Di gəl cavadehlərdən bir “Allah qulu” yoxdur ki, vəziyyətlə gəlib yerində maraqlana, sadə vətəndaşın yanında ola, nə kömək edə biləcklərini soruşa. Sanki məmurların çoxu quş yuxusndan ayılmayıb.Vətəndaşlar isə sünü gölməçələrlə mübarizdə tək qalıb.

infom.az-a daxil olan məlumata görə, 60 saylı seçki dairəsini parlamentdə təmisl edən deputat Fəazil Ağamalı da qardan ziyan çəkənlər sirasındaymış. Belə ki, seçki öncəsi Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisndə yaşayan sakinlərin xahişiylə deputatın inşa etdirdiyi “Arzu” şadlıq evi su əhatəsində qalıb, obyektin dam örtüyü uçub.

Kənardan baxanda adama elə gəlir ki, şadlıq evi adada inşa olunub. Əgər güclü yağıntıların yaratdığı problemlərin qarşısında deputat da aciz qalıbsa, təsəvvür etmək çətin deyil ki, sadə vətəndaşlar nə çəkir! Bizə çatan məlumatlara görə, Xıllı qəsəbəsiylə yanaşı, Salyan-Neftçala mağistral yolunun ətrafında olan bir çox kəndlərin əhalisi də eyni aqibətlə üzləşib.

Yerli icra orqanlarından hay çıxmadığını görüb “yuxarı”lara yazırlar. Çox güman ki, seçicilərinin müraciəti Fəzail müəllimə də gəlib çatıb. Amma binəva deputat neyləsin. Necə deyərlər, keçəl dərman tapsa, öz başına sürtər...

Seçiciləri özü də zərərçəkənə çevrilən Fəzail Ağamalıdan nə gözləsinlər?
Seçiciləri özü də zərərçəkənə çevrilən Fəzail Ağamalıdan nə gözləsinlər?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net