İcra başçısı komitə sədri ilə nəyi bölə bilmir?
Tarix: 25-04-2015, 11:22 | Çap et
İcra başçısı komitə sədri ilə nəyi bölə bilmir?
Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov yeni bir problemlə üzləşib. Dövlət başçısının sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsindən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr Xidməti torpaqların yenidən bazasını yaratmağa başlayıb. Dövlət mülkiyyətində olan, bələdiyyələr tərəfindən satılmış və ya uzun müddətli icarəyə verilmiş torpaqlarla bağlı narazılıq yaranıb. GUNDEMİNFO.AZ-a məlumat verən sabiq komitə əməkdaşlarından biri bildirir ki, Abşeron rayonunun Qobustanla sərhəddində otlaq sahələri dövlət mülkiyyətində olsa da, Abşeron Rayon Torpaq Şöbəsi tərəfindən ayrı-ayrı şəxslərə icarəyə verilib. Və ya otlaq sahələrinin satışı həyata keçirilib. Hətta Abşeron rayonu Saray və Ceyranbatan qəsəbələrində də satışı qanunla qadağan edilmiş otlaq sahələrinin icra başçısı Zakir Fərəcovun yaxın qohumlarının adına alqı-satqı yoluyla rəsmiləşdirilməsi faktları ortaya çıxıb.
Məlumatlara əsasən Torpaq Komitəsinin ləğv edilməsindən sonra yenidən dövlət mülkiyyətində olan torpaqların reyeystrini həyata keçirən komissiya ortaya çıxan problemlərlə bağlı Nazirlər Kabinetinə və digər əlaqədar dövlət qurumlarına rəy yollayıb. Məlumatlara əsasən Abşeronun Torpaq Şöbəsinin möhürü ilə dövlət mülkiyyətində olan torpaqların fərdi yaşayış evləri və ticarət obyektlərinin inşa edilməsi faktları ortaya çıxıb. Bu məsələ ilə bağlı yaxın günlərdə hətta Reyestr Xidməti tərəfindən hazırlanmış müvafiq aktlar üzrə məhkəməyə müraciət edilməsi gözlənilir.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net