Qaxın Mədəniyyət və turizm sektorunda bazar qanunları...
Tarix: 10-03-2015, 10:21 | Çap et
Qaxın Mədəniyyət və turizm sektorunda bazar qanunları...
Hazırda Qax rayonunda “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Səngər qala”, “Ulu dağ” və digər istirahət-turizm mərkəzləri turistlərə xidmət işini həyata keçirir. Rayonda kənd yaşıl, müalicə, istirahət turizmi daha geniş yayılmışdır. Kənd yaşıl turizmi bunlar icərisində daha çox inkişaf etmiş, xüsusilə də yerli turistlərin ən çox istifadə etdiyi turizm növüdür. Həmçinin Qaxda mövsümi ovçuluq turizminin, atçılıq turizminin, dağ turizmin, qış turizminin və digər turizm növlərinin inkişafı üçün əlverişli şərait vardır.

Lakin təəssüflər olsun ki, bu gün rayon mədəniyyət və turizm şöbələrnə rəhbərlik edən kadrların heç də hamısı öhdəsinə düşən vəzifələrin vacibliyini və məsuliyyətini tam ciddiliyi ilə dərk etmirlər. Rayondan Vertikal.az-a daxil olan məlumatlarda Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarovun öz işində yol verdiyi ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdır. Məlum olduğu kimi Qax rayonu özünün əsrarəngiz təbiəti, saf havası ilə hələ sovetlər dönəmindən ölkə əhalisinin istirahət üçün getməyə üstünlük verdiyi bölgələrdəndir.

Bu gün isə Qaxda həmçinin ekoturizmin bir sıra növlərini inkişaf etdirmək üçün müvafiq tədbirlər həyata keçirilir. Dövlət səviyyəsində görülən bu işlərin müqabilində isə Nəzir Omarov bütöv bir rayonun turizm obyektlərinin sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur. Məlumatlarda bildirilir ki, Qax rayonu ərazisində fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzləri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Əks halda isə N.Omarov tərəfindən ödənişdən boyun qaçıran obyektin sahibi üçün elə problemlər yaradıla bilər ki, müəssisəyə dəyəcək ziyan aylıq haqqı bir neçə dəfə üstələyər. Həmçinin məlumatlarda bildirilir ki, bölgədə turizmin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Nəzir Omarov tərəfindən mənimsənilir.

Məlum olduğu kimi bu gün Azərbaycanda turizm və istirahət məkanlarında xidmət haqlarının çox yüksək olması və bu qiymətlərin nisbətən endirilməsi yollarının araşdırılmasına dair qızğın müzakirələr aparılır. Qaxda olan mənbələrdən aldığımız məlumatlarda isə bu istiqamətdə konkret təklif də irəli sürülür. Bildirilir ki, Nəzir Omarovun aylıq “haqqları” ixtisara salınarsa, bu zaman rayonun turizm və istirahət məkanlarında xidmət haqlarının aşağı düşəcəyini də gözləmək olar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net