"Azercell"in Azərbaycan siyasətindəki yeri daha rahatdır...
Tarix: 17-04-2015, 08:48 | Çap et
"Azercell"in Azərbaycan siyasətindəki yeri daha rahatdır...
Azercell istifadəçisi olan abunəçilərindənTeref.infoya maraqlı bir şikayət daxil olub. Şikayətçilər bu mobil operatorun dələduzluq yolu ilə milyonlar qazandığını bildirirlər.

Onların sözlərinə görə, sadə hesablama və bir neçə saatlıq müşahidə aparmaqla Azercell abunəçilərinin neçə aldadıldığını görmək olar. Şikayətçinin məktubunda deyilir: Bizim üçün adi gələn bu xırda rəqəmlərdən şirkət milyonlar qazanır. Təbii ki, cibimizə girməklə. Azercellin özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 5 qəpik müəyənləşib. Ancaq maraqlıdır ki, abunəçilər 50 saniyə danışanda da onların balansından 5 qəpik yəni 1 dəqiqəlik danışığın qiyməti silinir. Nədənsə, şirkət 5 saniyə artıq danışanlara bu güzəşti etmir. Yoxladıqda əmin ola bilərsiniz ki, şirkət 1 dəqiqə 5 saniyə üçün abunəçilərin balansından 7-8 qəpik çıxır. Təəssüflər olsun ki, əksər abunəçilər bunun fərqində deyil. Ölkədəki Azercell istifadəçilərinin ümumi sayını nəzərə alsaq, bu milyonlarla halal olmayan qazanc anlamına gəlir.

Qeyd edək ki, zaman-zaman Azərbaycandakı mobil operatorların dələduzluq yolu il müştərilərinin cibinə girməsi barədə məlumatlar yazılıb. Əlbəttə yazılanlar real vəziyyətin çox cüzi hissəsini əhatə edir. Çünki onlar dələduzluq etməkdə çox püxtələşib. Bunları aşkarlamaq o qədər də asan deyil. Amma təəssüf hamının bildiyi danışıq tariflərinin bahalığı, şirnikləşdirici SMS-lər, yalançı kampaniyalar və.s-lə bağlı hətta nazirlər səviyyəsində qaldırılan neqativ hallar belə çözülmür...
Ən əsas isə Azərcell istifadəçilərin özəl sirri olan danışıq sirlərini xüsusi sidmət oğrqanlarının birinci tələbi ilə onlara ötürməsidir. Müxalifətin mitinqləri zamanı Azərcellin çıxartdığı oyunlar hamınbın yadındadır. Lakin şikayətçilərin dediyinə görə onların danışıqları xüsusi xidmət orqanlarında olub.
Onların iddiasına görə Azərcell özəl danışıq sirrlərini qorumaq əvəzinə xüsusi xidmət orqanlarının xəbərçisi rolunu oynayır. Bütün mitinqlər zamanı Azəcelin operatorları mitinqin dislokasiya yerlrini xüsusi nəzarətə götürürlər və sonra tələb olunun orqanlara təhvil verirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net