Səfər Əbiyevi vəzifədən aldılar, amma qardaşı orduya ayrılan pulları mənimsəməkdə davam edir
Tarix: 11-03-2015, 09:19 | Çap et
Səfər Əbiyevi vəzifədən aldılar, amma qardaşı orduya ayrılan pulları mənimsəməkdə davam edir
Vertikal.az-a keçmiş müdafiə naziri Səfər Əbiyevin hələ də əlində saxladığı böyük biznes şəbəkələrindən biri ilə bağlı ilginc faktlar daxil olub. Həmin məlumatı diqqətinizə təqdim edirik:

“Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov və (sabiq Müdafiə naziri) Səfər Əbiyev, Müdafiə Nazirliyinin geyim şifarişlərini hələ də öz nəzarətlərində saxlayırlar.

Hal hazırda Bakı Əyrici Toxucu fabriki (keçmiş “Volodarskiy” fabriki) indiki Bakı Tikiş fabrikini Səfər Əbiyev və İsa Nəcəfov himayə edirlər. Müdafiə Nazirliyinin (30) LOTdan ibarət olan sifarışləri bu fabriklər arasında bölünür. Maraqlısı odur ki, bütün LOTlar ya laboratoriya vasitəsi ilə, ya da ki əvvəldən razılaşdırılmış Tender keçirilməsi yolu ilə yuxarıda göstərilən fabriklər arasında bölünür. Qiymətlər iki qat artırılaraq Orduya və Xalqa küllü miqdarda ziyan vurulur. Yani LOTlar № 1.2.3.4.5.6.7.9.10.21.22.23.29.31.32.33. Cəmi 16 LOT. Bu LOTlar və sifarişlər hər il təkrar olunaraq Baki Əyrici Toxucu fabrikinə həvalə olunur.

İsa Nəcəfov, Baki Əyrici Toxucu fabrikını kollektivin əlindən almaq üçün cürbəcür planlar qurub və vəzifəsindən sui-istifadə edərək fabrikə lazımsız yoxlamalar göndərib və fabrikin kollektivinin çoxunu işdən çıxartdırıb və onların hüquqlarını tələb etməkdən məhrum edib. İsa Nəcəfov nəhayət fabrikə sahıb olandan sonra (sabıq Müdafiə Nazırı) Səfər Əbiyevə fabrikin faizlərinin çox hissəsini təklif edib, razılıq alandan sonra Səfər Əbiyev öz doğma qardaşını Rüstəm Əbiyevi Baki Əyrici Toxucu fabrikinə icraçı direktorun müavini vəzifəsinə təyin etdirir.

İsa Nəcəfov isə öz yaxın qohumunu və baş mühasibi işə qəbul etdırır. Və beləliklə bütün fabrıkın idarə olunması İsa Nəcəfovun nəzarəti altında saxlanılır. Bir neçə illərdir ki, Baki Əyrici Toxucu fabriki Müdafiə Nazirliyinin bütün sifarışlərini yerinə yetirir və bütün tenderlərin qalibi olur. Demək olar ki, neçə illərdir ki, istehsal olunan malların əlavə dəyər vergisi dövlətə ödənilməyib və küllü miqdarda büdcədən ayrılan vəsaitlər mənimsənilib. Maraqlı odurki, Səfər Əbiyev öz vəzifəsindən azad olunandan sonra da bu yuxarıda göstərilən LOTlar və sıfarışlər yenə də Baki Əyrici Toxucu fabrikinə və Baki Tikiş fabrikinə həvalə olunur”.

Bildirək ki, bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Amma görünəni odur ki, burada daha çox dinləniləsi şəxs yeni müdafiə naziri Zakir Həsənovdur. Möhtərəm nazir Səfər Əbiyevdən qalan talançılığı nədən durdurmadığının izahatını vermək zorundadır...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net