Müəllimlər İnstitutunun Qazax filialında korrupsiya
Tarix: 6-04-2015, 09:10 | Çap et
Müəllimlər İnstitutunun Qazax filialında korrupsiya
Təəssüflər olsun ki, bu gün hələ də ölkənin bir çox ali və orta tədris müəssisələrində mütərəqqi islahatların gerçəkləşməsini əngəlləyən kadrlara kifayət qədər çox rast gəlinir. Bu kadrların fəaliyyəti yalnız şəxsi mənafeylərinin təminatına yönəldiyindən onların rəhbərlik etdikləri müəssisə və idarələrin də işi çoxsaylı korrupsiya və rüşvətxorluq faktlarının mövcudluğu ilə xarakterizə olunur. Fəaliyyətində bu kimi problemlərin xüsusilə qabarıq formada müşahidə olunduğu ali tədris müəssisələrindən biri də Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialıdır. Artıq neçə müddətdir ki, redaksiyamıxa daxil olan şikayət məktublarında bu ali təhsil müəssisəsində yer almış neqativ hallar, filialın direktoru Afaq Qasımovanın işindəki ciddi nöqsanlar barədə məlumatlar öz əksini tapmaqdadır. Həmin məlumatlarda filial direktorunun yol verdiyi özbaşınalıq və qanun pozuntularının son həddə çatması xüsusi qeyd olunur. Bildirilir ki, bildirilir ki, bir müddət əvvəl başa çatmış qış imtahan sessiyası ilə bağlı ali məktəbdə növbəti dəfə gərginlik yaşanmışdı. Səbəb isə bu olmuşdu ki, hər bir imtahana görə hər tələbədən 50 manat rüşvət alınması barədə göstəriş verən direktor müəllimləri də olduqca pis vəziyyətdə qoyub. Belə ki, bir çox müəllimlər imtahanlara məsuliyyətlə yanaşaraq hazırlıqlı gələn və biliklərinə güvənən tələbələrdən pul istəyə bilmirlər. Lakin Afaq Qasımova bu amili qətiyyən hesaba almır. Onun sərt tələblərinə əsasən pul hamıdan yığılmalıdır. Mövzuya dair dərc etdiyimiz öən materiallarda da biz qeyd etmişdik ki, Qazax filialının ümumiyyətlə rəhbərlik sarıdan heç “bəxti gətirmir”. Xatırlayırsınızsa, hələ bir neçə il bundan əvvəl qəzetimizin səhifələrində AMİ-nun Qazax filialının keçmiş rəhbərliyinin işindəki ciddi nöqsanlar barədə də tənqidi yazılar dərc olunmuşdu. Bir müddət sonra isə bu təhsil müəssisəsinə Gəncə filialında təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş Afaq Qasımova direktor təyin olundu. Dərc etdiyimiz materialda biz belə bir məqamı da diqqət mərkəzinə çəkmişdik ki, bu yeni təyinat institutun pedaqoji kollektivinin heç də ürəyincə olmamışdı. Daha sonra aldığımız məlumatlarda isə bu narazılığın səbəbləri də aydın şəkildə təqim olunurdu. Həmin məlumatlarda filial direktorunun yol verdiyi özbaşınalıq və qanun pozuntularından bəhs edilirdi. Eyni zamanda da aldığımız məlumatlarda Afaq Qasımovanın filiala işə qəbul məsələsini də korrupsiya məqsədlərinə tabe etdiyi göstərilir. Belə ki, Ağstafa sakini Elvin Məmmədov tərəfindən bizə təqdim olunmuş şikayət ərizəsində bildirilir ki, o, bir müddət əvvəl AMİ-nun Qazax filialında işə düzəlmək üçün Afaq Qasımovaya 12 min manat məbləğində pul vermişdir. Bu məbləğin müqabilində isə direktor onu təsərrüfat işləri üzrə hər hansı ştat vəzifəsinə təyin edəcəyini və filialın kafesini işlətmək üçün ona icarəyə verəcəyini boyun olmuşdu. Açığı bu məsələnin necə sona yetməsi barədə hələlik dəqiq məlumatımız yoxdur. Amma yeni aldığımız məlumatlarda Afaq Qasımovanın əldə etdiyi “gəlirləri” olduqca rasional şəkildə investisiya etməsinə dair maraqlı açıqlamalar təqdim olunur. Məsələn, bildirilir ki, bir müddət əvvəl filial direktoru Bakının Badamdar qəsəbəsində dörd mərtəbəli bir villanın mülkiyyətçisi olmuşdur. Digər tərəfdən isə mənbələr Afaq Qasımovanın rəhbərlik etdiyi ali məktəbdə çalışan bəzi müəllimlərin əməyindən də məharətlə yararlanmaq bacarığını vurğulayırlar. Bu xüsusda aldığımız məlumatda qeyd olunur ki, AMİ-nun Qazax filialının müəlliməsi olan Arzu xanım eyni zamanda həm də direktorun rayondakı kommersiya obyektlərinin işinə rəhbərlik edir. Bəzi mənbələr isə bu çalışmaların hətta şəriklik əsasında həyata keçirildiyini də vurğulayırlar...





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net