Ağdam Olimpiya İdman Kompleksi baxımsız qalıb
Tarix: 4-05-2015, 10:01 | Çap et
Ağdam Olimpiya İdman Kompleksi baxımsız qalıb
Yerli mənbələrdən aldığımız məlumatlarda bildirilir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa olunmuş Ağdam Olimpiya İdman Kompleksi baxımsız vəziyyətə düşüb. Məlum olduğu kimi Kompleks 2008-ci il yanvarın 17-də istifadəyə verilib. Üç hektar ərazisi olan kompleksinn ikimərtəbəli binası 500 yerlik tribunalardan ibarətdir. Həmçinin Kompleksin idman zalı, trenajor və məşq salonları, beynəlxalq standartlara uyğun 2 min yerlik tribunası olan futbol meydançası da var. Bu gün isə stadionun ot örtüyü və oturacaqlar artıq demək olaki, istifadəyə tam yararsızdır. Ətrafda yaranmış zibilliyin qoxusundan əraziyə yaxın gəlmək qeyri-mümkündür. İdmançıların gecələməyi üçün nəzərdə tutulan motel isə yüngül əxlaqlı qadınların görüş yerinə çevrilib. Rayon sakinləri satdionun belə acınacaqlı vəziyyətə düşməsinin başlıca səbəbini Kompleksin müdiri Vaqif Balakişiyevdə görürlər. İddialara görə Vaqif müəllimi iş başında tapmağın özü müşkül bir məsələdir. Əldə etdiyimiz başqa bir məlumatlara görə o, kompleksin nəzdində olan otaqları direktor kənar şəxslərə bir gecə qalmaq üçün 40-45 manata verir. Əldə olunan gəlirləri isə, kompleksə aid problemlərin aradan qaldırılmasına deyil, yalnız şəxsi məqsədlərinin həllinə yönəldir. Diqqəti cəlb edən hal odur ki, stadionun saxlanması üçün dövlət büdcəsindən hər ay kifayət qədər vəsait ayrılsa da, ümumi vəziyyət olduqca acınacaqlıdır. Adicə kompleksin nəzdindəki stadionun giriş qapısında setkaların olmaması, mərkəzi meydançanı ağuşuna alan alaq otlarının varlığı, meydançanın bəzi yerlərində deşiklərin əmələ gəlməsi və.s kimi problemlərin varlığı, bir daha sübut edir ki, “Qarabağ” stadionunda baxımsızlıq mühiti hökm sürməkdədir. Və bu da nəticə etibarilə, zaman-zaman xoşagəlməz problemlərin əmələ gəlməsinə səbəb olur. Başqa bir açıqlamaya görə kompleksin saxlanılmasına ayrılan dövlət vəsaitləri isə Ağdam RİH-nin binasının yaxınlığında inşa olunan və Vaqif Balakişiyevə məxsus olduğu bildirilən villanın tikintisinə yönəldilib. Digər tərəfdən də son illər ərzində Vaqif müəllimin çoxsaylı kommersiya obyektlərinə, o cümlədən restorana və hətta “Land Cruiser” markalı avtomobilə sahib olması da müəyyən şübhələrə yol açır. Mənbələrin iddialarına görə Vaqif Balakişiyev sahib olduğu var-dövlətə məhz büdcədən ayrılan vəsaitləri və kompleksdən gündəlik əldə etdiyi qeyri-qanuni gəlirləri mənimsəməklə nail olub. Aldığımız məlumatlarda diqqəti cəlb edən daha bir məqam “Qarabağ” futbol klubunun yaranmış vəziyyətə münasibətilə bağlıdır. Narazı azarkeşlərin də dediyinə görə hal-hazırda komandanın yeganə istəyi ondan ibarətdir ki, doğma rayonlarında oyunlarını lazımi şəraiti olan stadionda keçirsinlər. Təəssüflər olsun ki, bu gün Vaqif Balakişiyevin məsuliyyətsizliyi ucbatından “Qarabağ” komandasının futbolçuları ev oyunlarını öz stadionlarında deyil, başqa-başqa stadionlarda keçirməli olurlar.Məlum olduğu kimi bu gün Azərbaycan idmanının inkişaf etdirilməsi dövlətimizin və şəxsən ölkə prezidenti cənab İlham Əliyevin daima xüsusi diqqət mərkəzindən saxladığı prioritet sahələrdəndir. Məhz bu məqsədlərlə dövlət büdcəsindən hər il külli-miqdarda vəsaitlər ayrılır. Bəs görəsən belə olduğu halda Vaqif Balakişiyev kimi məmurların respublikamızda idmanın inkişafına əngəllər törətməsinə şərait yaradanlar kimlərdir? Azərbaycan gəncliyinin həm fiziki, həm də mənəvi cəhətdən sağlam formalaşmaları üçün nəzərdə tutulmuş möhtəşəm idman obyektlərini az qala əxlaqsızlıq yuvasına çevrirməyə bunlar kimdən cürət alırlar?!





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net