Göyçayın başında başçı problemi...
Tarix: 1-05-2015, 11:41 | Çap et
Göyçayın başında başçı problemi...
“Düz 20 ildir kiçik ticarətlə məşğul oluram. İndiyə qədər hər hansı çətinlik, süni əngəllə qarşılaşmamışdım. Vaxtlı-vaxtında vergini, sosial xərcləri ödəyir, qanuni şəkildə fəaliyyət göstərirdim. Mübariz Ağayev rayona rəhbər təyin olunandan bizə gün verib, işıq vermirlər. Hər ayın əvvəli icra başçısının adından bizdən haqq yığırlar. Açıq şəkildə deyirlər ki, pul verməlisiniz, əks halda vəziyyətiniz çətin olacaq. Etiraz edənləri hətta rayondan qovacaqları ilə hədəliyirlər”.

Bu sözlər Editor.az-ın elektron ünvanına göndərilən şikayət məktubunda öz əksini tapıb.

Təhlükəsizliyinə təminat olmadığı üçün adını gizli saxlamağı xahiş edən şikayətçi bildirir ki, təkcə son iki ayda ondan qanunsuz olaraq 3000 manat pul alıblar:

“Biz nə qazanırıq ki, bu qədər pul verək? Rayonda iş yerləri yoxdur. Rayon sakinlərinin çoxu Rusiyadadır. Oradan burdakı qohumlarına pul göndərirlər. Onlar da gəlib bizdən alver edir. Həm öz ailəmə, həm də bir neçə işsiz qohum ailəyə baxıram. Deyirəm pulum yoxdur, deyirlər, get borc al, ya da işləmə. Belə də zülm olar. İcra başçısının qəbulunda olmuşuq. Fikirləşirdik ki, bəlkə özünə çıxsaq, biraz yumşalar. Nə yumşalmaq, dedi hara istəyirsiniz, şikayət edin, mənim arxamda duran var. “Hər şikayətə məni yıxmaq olsaydı, indiyə qədər üç rayona rəhbərlik etməzdim” deyib bizi otaqdan qovur”.

Editor.az məsələyə Göyçay rayon İcra Hakimiyyətindən münasibət öyrənmək üçün İcra Hakimiyyətinin web-saytında yerləşdirilən (+994 020) 274-61-55 telefonla əlaqə saxlamağa çalışsa da, telefon zənglərimizə cavab verən olmayıb





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net