"İcra başçısı şəhidimizə qarşı hörmətsizlik etdi" - Hərbi ekspert
Tarix: 21-04-2015, 10:03 | Çap et
"İcra başçısı şəhidimizə qarşı hörmətsizlik etdi" - Hərbi ekspert
Biləsuvar rayon icra başçısı Mahir Quliyev şəhidimizə qarşı böyük hörmətsizlik edib.

AzToday.az xəbər verir ki, tanınmış hərbi ekspert Üzeyir Cəfərov bu barədə "Facebook"da yazıb:

"Ötən həftə düşmən snayperinin atəşinə tuş gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin giziri Şahmurad Əlizadənin dəfn mərasimində rayonun icra başçısı Mahir Quliyev adlı şəxs çox böyük rüsvayçılığa yol verib. Rayon ictimaiyyətinin nümayəndələri Şəhidi çiyinlərində müsəlman qayda-qanunlarına müvafiq olaraq "Allahu Əkbər!","Şəhidlər Ölməz, Vətən Bölünməz" nidaları ilə dəfn etməyə apararkən, yolun yarısında dəfn prosesi saxladılıb. Səbəb də o göstərilib ki, bəs sən demə icra başçısı Mahir Quliyevin başı çox qarışıq olubmuş, onu gözləmək lazımdır. Bir qədər sonra dəfn prosesinə qatılan isra başçısı çox böyük tərbiyəsizliyə yol verib. Şəhidinə sayğı göstərmək əvəzinə "Mal ölusu aparirsiz,ya meyid,bu ne hay küydü" kimi sözlərlə camaatı təhqir edib. Hələ bu da son deyil. Şəhidin meyidi zorla UAZ markalı avtomobilə qoyularaq təkbaşına dəfn yerinə aparılıb, çox pərt olan camaat da piyada Şəhidin son mənzilə yola salınan yerinə getməli olub. Mənə çox qəribə gələn hadisə yerində Müdafiə Nazirliyinin məsul zabiti polkovnik Abdulla Qurbaninin susması və bu rüsvayçılığa təpki göstərməməsi olub. Şəxsən mən olsaydım rüsvayçı əmələ yol verən icra başçısının hərəkəti haqqında müdafə naziri general-polkovnik Zakir Həsənova dərhal məruzə edərdim. Yəqin ki, o da öz növbəsində bu rüsvayçı hərəkəti haqqında Biləsuvarın icra başçısına layiq olduğu yerini göstərərdi. İnanıram ki, bu və bir çox digər xoşagəlməz əməllərinə görə çox tezliklə Prezident İlham Əliyev tərəfindən bir çox icra başçıları, o cümlədən Mahir Quliyev də layiq olduqları qiyməti alacaqlar..."





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net