İlham Mustafayevin himayə etdiyi direktorun məktəbində özbaşınalıq
Tarix: 15-04-2015, 11:04 | Çap et
İlham Mustafayevin himayə etdiyi direktorun məktəbində özbaşınalıq
Gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir . Belə olduğu halda isə bu tədris müəssissələrində şagirdlərdə hələ uşaq yaşlarından rüşvətə alışqanlıq yaradılması, korrupsiya mərəzinin onların şüuruna və qanına yeridilməsi, cəmiyyətimiz üçun məsum bir gəncin narkotik maddələrə alışdırılması qədər və bəlkə də daha çox təhlükəlidir. Təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə, “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir.

Editor.az azerinews.tv- yə istinadən xəbər verir ki, bu kimi yığımların xüsusi intensivliyi ilə seçilən Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəbdir. 170 saylı orta məktəbdə müşahidə olunan özbaşınalıq və rüşvətxorluq adi hala çevrilib. Şikayətçilərin iddiasına görə direktor müəssisəni tam avtoritar rejimdə idarə edərək, özünün şəxsi kommersiya obyektinə çevirib. Mənbənin iddiasına görə direktor Nuranə Mirzəyeva məktəbə qəbul edilən hər uşağa görə valideynlərdən 200-250 manat məbləğində pul tələb edir. Bu azmış kimi, direktor 170 saylı məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım da müəyyən edib. Yuxarı siniflər üçün bu məbləğ artaraq 10-15 manat civarına müəyyənləşib. Həmçinin, burada məktəbin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulub. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ təxminən 2-3 min manata çatır.

Qeyd olunduğu kimi, bu gün 170 saylı orta məktəbdə müşahidə olunan bu biabırçılıq ölkənin təhsil sisteminə vurulan ən ağır zərbədir. Eyni zamanda təhsil islahatların geniş tətbiqini əngəlləmək və ona kölgə salmaqdır.

Azerinews.tv-yə daxil olan şikayətdə 170 saylı məktəbin fəaliyyətində müşahidə olunan nöqsanların bununla bitmədiyi bildirilir. Şikayətçilər məktəbdə 8 mart Qadınlar Günü, Novruz bayramı, məktəbdə və rayonda keçiriləcək tədbirlər adı altında açıq şəkildə pul yığıldığını deyirlər.

Sayt şikayətçilərin iddiasına əsasən yazır ki, direktor Nuranə Mirzəyeva bütün bunları Təhsil Nazirliyindəki himayədarı atasının yaxın dostu İlham Mustafayevə güvənərək edir.

"Həmin o İlham Mustafayev ki, nazirlikdə illər illərlə rüşvət yığaraq sərvətinə, sərvət qatıb. Texnikomlara qeyri-qanuni tələbə yerləşdirərək, köçürmələrlə məşğul olub. Həmin İ.Mustafayev ki, restoranlar və villalar sahibi kimi tanınıb. Ən nəhayyət isə, uzun illər nazirlikdə Ümumi Şöbənin müdiri olan İdris Mirzəyevin yaxın dostu olub. İdris Mirzəyev isə Nuranə Mirzəyevanın atasıdır. Elə bu səbəbdən də korrupsener məmurə xanıma “gözün üstə qaşın var” deyən tapılmır..."-deyə sayt yazır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net