Məhəmməd Məhəmmədovun genişzolaqlı internet «əməliyyatı»
Tarix: 10-03-2015, 15:55 | Çap et
Məhəmməd Məhəmmədovun genişzolaqlı internet «əməliyyatı»
Azərbaycanın rayonlarında internetlə bağlı hələ də çox dərin problemlər qalmaqdadır. Regionlarda fəaliyyət göstərən internet provayderlərin hansı prinsiplərlə fəaliyyət göstərdiyi, «Aztelekom»un elan etdiyi tenderləri udmaları qazanmaları ilə bağlı şübhələr və korrupsiya faktları ilə bağlı olaraq hətta nazir səviyyəsində açıqlama verildi. Rabitə və yüksək texnalogiyalar naziri Əli Abbasov az əvvəl mətbuata verdiyi açıqlamasında bəyan etdi ki, «Aztelekom» un tenderlərini qazanan şirkətlərin seçilməsi ilə bağlı şübhələr var.
Vertikal.az-a danışan mənbə nazirin açıqlamalarında böyük həqiqət olduğunu təsdiqlədi. Və çox ilginc faktlar açıqladı. Mənbəmiz deyir ki, «Aztelekom»un rəhbəri Məhəmməd Məhəmmədovu Azərbaycanda miss krallığının imperatoru da adlandırmaq olar. Mənbə deyir ki, sovetlər dövründən qalan miss telefon naqilləri kütləvi şəkildə rayonlardan sökülməyə başlayır. Genişzolaqlı internetə keçidlə əlaqədar olaraq miss naqillərin əvəzinə Çindən gətirilmiş keyfiyyətsiz ötürücü naqillərdən istifadə edilir. Rayonlarda sökülmüş miss naqillər isə aktlaşdırılır və Bakıdan, «Aztelekom»dan gələn xüsusi adamlar onu paytaxta götürürlər. Bununla da həmin naqillər satışa çıxarılır. Maraqlıdır ki, regionlarda genişzolaqlı internet şəbəkəsinə keçidlə əlaqədar olaraq həm də naqilləri və avadanlıqları yeniləyən - tenderləri udmuş şirkətlər barədə də şəffaf bilgilər yoxdur. Redaksiyamıza danışan mənbə bildirir ki, bu məsələdə də birbaşa olaraq «Aztelekom» şefinin göstərişləri rol oynayır. Bu məqamlarla bağlı redaksiyamıza daxil olan çox ilginc məlumatları da yaxın günlərdə təqdim edəcəyik. Bizi izləyin. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net