İş adamının klinikasına təhlükə
Tarix: 10-03-2015, 11:23 | Çap et
İş adamının klinikasına təhlükə
Səhiyyə Nazirliyinin ardıcıl iki dəfə cəzalandırdığı “Bioloji Təbabət” MMC klinikası bağlana bilər.

Tia.az-a verilən məlumata görə, iş adamına məxsus klinika bir neçə dəfə cəzalandırılıb. Qanun pozuntusu aşkarlanan tibb ocağının sahibi məşhur “Planeta” apteklər şəbəkəsinin müdiri Elxan Yaqubovdur. Əldə etdiyimiz xəbərə görə, klinikanın fəaliyyətinə xitam verilməsi gözlənilir. Əslən Göyçaydan olan E.Yaqubovun eyni adda 11 apteki fəaliyyət göstərir. Onun “Bioloji Təbabət” klinikası almanlarla müştərək işləyir. Bir müddət öncə E.Yaqubovun apteklərində vaxtı keçən dərman preparatlarının satıldığı üzə çıxmışdı. Qeyd edək ki, qanun pozuntularına yol verdiklərinə görə cəzalananlar "Bioloji Təbabət" MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləridir. Bu klinikalar barəsində mövcud qanunvericiliyə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net