Prezidentin Vaqif Abdullayevə verdiyi vaxt bitib
Tarix: 18-03-2015, 10:34 | Çap et
Prezidentin Vaqif Abdullayevə verdiyi vaxt bitib
4 ilə yaxındır ki, Beyləqan rayonuna rəhbərlik edən Vaqif Abdullayev vəzifə başında özünü doğrultmayıb. Bu barədə Vertikal.az-a rayondakı mənbə informasiya verib. Bildirək ki, buna qədər Xızıya başçılıq edən Vaqif Abdullayev sözügedən rayonun 5 il rəhbəri olub. Amma deyəsən, Beyləqanda eyni müddəti başa vura bilməyəcək.

Məlumatlı mənbə açıqlamasında iddia edir ki, prezidentin son səfəri zamanı da Beyləqanın icra başçısına narazılıqlar çatdırılıb: «Maraqlı orasıdır ki, prezidentin Beyləqana sonuncu səfəri zamanı İlham Əliyev rayon mərkəzindən kənarda tutuldu. Yəni başçı israrla prezidenti rayonun mərkəzinə səfər etməsindən yayındırdı. Bu isə təbii ki, diqqətlərdən qaça bilməzdi».

Mənbə iddia edir ki, bundan sonra Vaqif Abdullayevə konkret vaxt verilib: «O, müəyyən müddətlik vəzifə başında idi. İndi isə həmin müddət başa çatıb və başçı yola salınır».





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net