“Malik Həsənov deputat seçilsə, istefa verəcəm” – İcra başçısından sərt mövqe
Tarix: 2-04-2015, 16:06 | Çap et
“Malik Həsənov deputat seçilsə, istefa verəcəm” – İcra başçısından sərt mövqe
“Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla bu rayondan seçilən biznesmen-deputat, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov arasında ciddi konflikt yaranıb. Parlament seçkiləri öncəsi icra başçısı keçirdiyi bütün görüşlərdə Malik Həsənovun əleyhinə iş apararaq, onun deputat seçilməsinə imkan verməyəcəyini bəyan edir”.

Bununla bağlı informasiya Editor.az-a rayondakı mənbələrdən daxil olub.

Mənbənin sözlərinə görə, icra başçısı Malik Həsənovun yerinə öz müavini Asif Əzizovu deputat seçdirmək istəyir:

“Malik Həsənov beş ilə yaxındır deputat seşilsə də, indiyə qədər hər hansı fəaliyyətinə rast gəlinməyib. Milli Məclisin plenar iclasında bir dəfə də olsun çıxış etməyən biznesmen-deputat seçiciləri ilə də təmas yaratmır. Bütün enerjisini sahibkarllq fəaliyyətinə yönəldib və deputat kimi işini yalnız Milli Məclisin iclaslarına qatılmaqla, bitmiş sayır. Bu fakt icra başçısının işinə yarayır və hər yerdə “Malik Həsənov bizim üçün nə etdi ki, onu yenidən seçək” mesajını verir. Əziz Əzizovun hətta bir qədər də irəli gedərək, “Malik Həsənov deputat seçilsə, istefa verəcəm” bəyanatını verir, onun seçilməsinə heç vaxt imkan verməyəcəyini bəyan edir. Rayondakı bütün müəssisə rəhbərlərinə deputatın əleyhinə iş aparmaqla bağlı xüsusi tapşırıq verib”.

Editor.az məsələyə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və bu rayondan seçilən deputat Malik Həsənovun mövqeyini öyrənmək istəsə də, buna nail olmayıb.

Əməkdaşımızın icra başçısı və deputat etdiyi zənglərə cavab verilməyib.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net