Laçında olmayan otaqlar üçün 25 min manatlıq inventar alınlıb?
Tarix: 1-04-2015, 15:49 | Çap et
Laçında olmayan otaqlar üçün 25 min manatlıq inventar alınlıb?
Laçın rayonu işğal altında olsa da, onun Mədəniyyət və Turizm şöbəsi fəaliyyət göstərir. Əksər qaçqın rayonlarındakı kimi bu rayonda da belə dövlət müəssisələri əsasən korrupsiya mənbəyi olaraq diqqət çəkir. Çünki olmayan kitabxana, mədəniyyət evlərinin adına pul yazdırılaraq, kimlərsə tərəfindən götürülür.
Məlumata görə, Laçın rayon Mədəniyyət və Turizm Şöbəsi də bu qəbildən olan işlərlər məşğuldur. Hər il ayrılan yüz minlərlə manatın nəyə və hansı məqsədə xərcləndiyi məlum deyil. Məsələn, bu ilin ilk yarısında sözügedən quruma cari təmir işlərin aparılması üçün 9816,4 manat pul ayrılıb. Lakin bu pulun necə sərf olunduğu məlum deyil.
Yusif Hüseynovun rəhbəri olduğu Laçın Mədəniyyət və Turizm Şöbəsində hansısa binanın divarına metal torun vurulması, xarici divarın aqlay tavalarla üzlənməsi işləri də həyata keçirilib. Bunun üçün 7919,6 manat pul da alınıb. Amma məlum deyil ki, bu bina elə Yusif Hüseynovun özünündür, yoxsa dövlətin.
Bir başqa xərc kimi dəftərxana xərcləri üzrə satın alınması nəzərdə tutulub. 8730 manat vəsaitə bu qeyd olunanları almaq isə “İnşaatçı-AA” MMC-yə həvalə edilib. Sual ortaya çıxır ki, adı ilə təyinatı uyğun gəlməyən bir şirkətə belə işləri həvalə etmək hansı məqsəd daşıyır?
Bunun ardından Laçın Mədəniyyət və Turizm şöbəsinin rəhbəri Yusif Hüseynov başqa bir addım da atıb. Bu dəfə o, bərk inventarların satın alınması üşün “TRANS TEX MAŞ” MMC-yə 25350 manat pulun ayrılmasına nail olub. Maraqlıdır, bu qədər bərk inventar hansı bina üçün nəzərdə tutulub, hansı otaqlara aiddir? Bu azmış kimi, adı ilə təyinatı arasında uyğunluq olmayan şirkətlərə belə işləri tapşırmaq nə deməkdir?
Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net