Nizamidəki məşhur hotellərin arxasında hansı məmurlar dayanıb?
Tarix: 31-03-2015, 14:31 | Çap et
Nizamidəki məşhur hotellərin arxasında hansı məmurlar dayanıb?
Son illər yetkinlik yaşına çatmayan qızların cinsi istismara məruz qalması halları xeyli artıb. Rahat yolla pul qazanmaq həvəsinə düşən şəxslər yüngül həyat tərzi keçirən xanımları əxlaqsızlıq yuvalarına cəm edərək cəmiyyətin mənəvi uçuruma sürüklənməsinə şərait yaradırlar.

Söz yox ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları qadın ticarəti ilə məşğul olan şəxslərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirir. Amma buna baxmayaraq, fahişə biznesindən külli miqdarda gəlir götürən şəxslər, habelə onları himayə edən insanlar öz çirkin əməllərindən əl çəkmirlər. Daimi oxucularımız yaxşı bilir ki, "Gündəlik Bakı" qəzeti azyaşlı qızları pis yola çəkən, onların cinsi istismara məruz qalmasına şərait yaradan əxlaqsızlıq yuvaları ilə bağlı silsilə yazılar dərc edir və bu çirkab yuvalarının arxasında dayanan vəzifəli şəxslərin kimliyinə aydınlıq gətirməyə çalışır. Daxili İşlər Nazirliyinin əməkdaşları əksər hallarda qabartdığımız məsələlərə reaksiya verir və qadın ticarətinin tüğyan etdiyi obyektlərə qarşı hərəkətə keçirlər. Biz bunu təqdir edirik. Lakin nə qədər mübarizə tədbirləri həyata keçirilsə də, şəhərin ayrı-ayrı hissələrində yerləşən əxlaqsızlıq yuvalarında qadın alveri səngimək bilmir. Təəssüf hissi ilə bildirmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyinin lisenziya verdiyi bəzi hotel və mehmanxanalarda əxlaqsızlıq yuvası təşkil edilir. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Babək prospektində yerləşən və şəhərin ən elit istirahət məkanlarından biri hesab edilən "Astoria Baku" hoteli təyinatı üzrə fəaliyyət göstərmir. Məlumat üçün bildirək ki, hotel 4 hektar ərazidə yerləşməklə 4 yaşayış korpusu, 4 restoran, açıq hovuz, hovuz kənarı bar, 17 kotec, SPA və fitnes mərkəzindən ibarətdir. Mənbənin məlumatında deyilir ki, hər cür təchizatla təmin olunan hoteldə otaqların qiyməti kateqoriyasına görə dəyişir: "Hoteldə müştərilərin xidmətində "Standard SNG Room", "Superior", "Deluxe", "Suite", "Presidential Room" tipli otaqlar və koteclər dayanır. Bu otaqlarda ən ucuz qiymət 80 manatdan başlayır. Bura bir sutka gecələmək, bəzi içkilər daxildir. Ən bahalı otağın gecəlik qiyməti isə 300-400 manat civarındadır. Qiymətlərin baha olması hotelin müştəri sayına qətiyyən təsir göstərmir. Çünki bura gələn müştərilərin əksəriyyəti imkanlı şəxslərdir. Onların arasında bəzi məmurlar da var. "Astoria Baku" hotelinə 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib. İnsaf naminə qeyd etmək lazımdır ki, hoteldə əxlaqsız qızlar olmur. Amma müştərilər həzz dəqiqələri yaşamaq məqsədilə qızları özləri ilə bura gətirə bilirlər. Günün hər saatında hoteldə müştəri gözə dəyir. Bəzi varlı şəxslər xarici ölkələrdən sifarişlə gətirdikləri fahişələrlə "Astoria Baku" hotelində gecə səhərə kimi əylənir, daha doğrusu intim əlaqədə olurlar. Hotel təhlükəsizlik baxımından müştərilərin ürəyincədir. Belə ki, bəzi priton və əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən istirahət mərkəzləri ilə müqayisədə "Astoria Baku" hotelinə polis əməkdaşları girə bilmir. İstirahət mərkəzi Nizami Rayon Polis İdarəsinin ərazisində yerləşir. İdarənin əməkdaşları indiyə kimi bir dəfə də olsa hoteldə reyd keçirməyiblər. Bunun səbəbi var. Deyilənə görə, qeyd olunan istirahət mərkəzi yüksək rütbəli məmurlardan birinə məxsusdur. Elə buna görə də aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri hoteldə cərəyan edən çirkinliklərə göz yummaq məcburiyyətində qalır". Paytaxtın elit əxlaqsızlıq yuvalarından digəri isə "Emerald" hotelidir. Bu hotel də Nizami rayonunun ərazisində yerləşir. Bəzi hotellərdən fərqli olaraq "Emerald" hotelinin saytı var. Saytda hotel haqda yazılan qısa hissəni diqqətinizə çatdırırıq: "Günəş işığında zümrüd kimi, gecələr isə daha cazibədar əlvan alovlarla parlayan 4 ulduzlu "EMERALD" hotel ucalır. Elit istirahətin zümrüd dəbdəbəsi olan "EMERALD" hotel idman ve mədəni tədbirlər, işgüzar görüşlər və ailəvi bayramlar üçün mükəmməl yerdir". Əfsus ki, bizdə olan məlumatlarda hotelin işgüzar görüş yeri olması qeyd olunmur. Əldə etdiyimiz bilgilərə əsasən adıçəkilən obyekt qədim peşə sahiblərinin öz müştəriləri ilə cinsi əlaqədə olmasına zəmin yaradan ən "mükəmməl" yerdir: "Burda da qiymətlər öz bahalığı ilə seçilir. Hər otağın özünün qiyməti var. "Ekskyutiv Lüks" tipli otaqlar düz ekranlı televizor, rəqəmsal yayım, yüksək sürətli kabelsiz internet, şəxsi seyf, mini bar, birbaşa telefon, təbii mərmərlə bəzədilmiş vanna otağı, duş, fen, xalat ve "tapoçka" ilə təchiz edilib. Bu otağın bir günlük qiyməti 90 manatdan başlayır. İçki və yemək qiymətə daxil deyil. "Superrior", "Suit" otaqlarda isə qiymətlər 150 manatdan başlayır. Hotel müştəri sarıdan heç bir sıxıntı yaşamır. Hətta bəzi otaqlar imkanlı müştərilər tərəfindən bir aylıq bron edilib. Bir neçə dəfə bəzi müştərilər hoteldə yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə olaraq onların həyatını alt-üst ediblər. Lakin bu iyrənc əməllərin üstü ört-basdır edilib". Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin deputatı Fazil Mustafa əxlaqsızlıq yuvalarının vəzifəli şəxslər tərəfindən himayə edildiyini demişdi: "Bəzi hotellərdə əxlaqsızlıq yuvaları təşkil olunur. Bunların da arxasında bəzi vəzifəli şəxslər dayanır. Onlar belə hotellərə himayədarlıq edirlər. Bakıda priton məkanların himayədarları var. Polislər hotellərdə əxlaqsızlıq yuvaları akşar edirlərsə, mütləq şəkildə Mədəniyyət və Turizm Nazirliyinə təqdimat verməlidirlər. Bundan sonra həmin hotellərin lisenziyası ləğv olunmalı və fəaliyyətləri qadağan edilməlidir". İddialara görə, həm "Astoria Baku", həm də "Emerald" hotelinin arxasında vəzifəli şəxslər dayanıb. Bizim bildiyimiz qədərilə Nizami Rayon Polis İdarəsinin rəisi hörmətli Nofəl Məhərrəmov bu məsələlərə diqqətlə yanaşan adamdır. Yəni biz inanmırıq ki, o əxlaqsızlıq yuvalarının fəaliyyətinə şərait yaratsın, yaxud göz yumsun. Digər tərəfdən, biz bu kimi məsələləri qaldırmaqla cəmiyyətimizdə getdikdə dərinləşən mənəvi problemlərin qarşısını almağa çalışırıq. Unutmaq lazım deyil ki, əxlaqsızlıq yuvalarının sayının artması qadın ticarətinin şəbəkələşməsi deməkdir. Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri adını çəkdiyimiz hotellərdə yoxlama aparıb onların fəaliyyətinə xitam versələr, məqsədəuyğun olardı. Növbəti saylarımızda "Astoria Baku" və "Emerald" hotellərindən reportaj hazırlayacağıq. Bizi izləyin.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net