
Bu dəqiqələrdə ARDNŞ-nin "Neftqaztikintiquraşdırma" Trestinin 400-ə yaxın işçisinin imzaladığı şikayət məktubu redaksiyamıza çatdırıldı. Şikayət məktubu Prezident İlham Əliyevə, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə ünvanlıdır. Məktubda bu günlərdə, daha dəqiq desək, martın 17-də 600-ə yaxın neftçinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sosial məsələlər üzrə rəis müavini Əhməd Musayevin insanlığa yaraşmayan hərəkətləri ilə sadə neftçilərin canını boğazına yığması, işçilərə digər sosial məsələlərin həllində kömək etmək əvəzinə, əksinə, onları ələ salıb təhqir etməsi, mənəvi əzab verməsi və s. qeyd edilir: "Cənab Prezident! Biz-bu şikayəti imzalayan 300-ə yaxın sadə nefçi, bildiririk ki, Əhməd Musayevin hər bir davranışı və hərəkəti bizə təhqirdir. Nazirlər Kabinetinin qərarı ilə bizə verilən kompensasiya məbləği əvəzində biz özümüzün səhhətimizə, iştahımıza görə otaqlarımızda yemək hazırlamaq və az da olsa ailə büdcəmizə qənaət etmək istəyirik. Əhməd Musayev isə açıq şəkildə deyir ki, mən NK tanımıram, yeməyi mərkəzi yeməkxanada yeməlisiniz. Sanki hərbi düşərgədə yaşayırıq və Əhməd Musayev də "KONSLAGER"in rəisidir, biz isə hərbi əsirlərik... Bu insan bizi dövlətdən narazı salır, idarə rəislərimizi pis vəziyyətə qoyur. Biz əməyimizə layiq yemək tələb edirik, Ə.Musayev isə cibini düşünür. Mala verilməli çürümüş kartofu bizə satan adama nə deyək? Gecə yatdığımız yerdə otaqlarımıza hücum çəkir. Elə bil həbs düşərgəsinin rəisidir. Açıq şəkildə deyir ki, mən Daşqın İskəndərova, Mikayıl İsmayılova bağ tikdirirəm, neyləyim? Təzəlikcə isə deyir ki, "Toqqalarınızı bərkidin, 1-ci Avropa Oyunları üçün pul yığmalıyıq!". Bu düşmən sözüdür! Bizim canımız da bu dövlətə qurbandır, amma bilirik ki, Əhməd Musayev təxribatla məşğuldur, erməni dəyirmanına su tökür!
SOKAR-IN 400 İŞÇİSİ AYAĞA QALXDI--YENİLƏNIR-VİDEO

Bu adamın hərəkətlərinə etiraz edərək martın 17-də dustaqlara belə verilməsi mümkün olmayan nahardan qəti imtina etdik. Yüzlərlə işçi həmin gün naharsız işlədi.
Əhməd Musayevin təxribat xarakterli hərəkətləri barədə, həmçinin ARDNŞ-nin prezidenti R.Abdullayevə, ARDNŞ-nin "Neftqaztikintiquraşdırma" Trestinin rəisi Mirkazım Abasova şikayət etmişik. Nəticə yoxdur. Bunu bilən Əhməd Musayev bizə xəbər göndərdi ki, şikayətlərinin xeyri yoxdur, çünki onun arxasında "Azneft" Birliyi rəisinin müavini İkram Əliyev durur... Doğrudanmı belədir???
Əhməd Musayevin diqqətinə çatdırırıq ki, qoy İkram Əliyev onun arxasında dayanıb müdafiə etsin! Bizim isə arxamızda cənab Prezident İlham Əliyev dayanıb və şikayətimizin nəticəsini tezliklə görəcəyik! Ya Əhməd Musayev buradan uzaqlaşdırılacaq, ya da... Onu həbs rdəcəklər! Başqa yol qoymayıb.
Hörmətlə:
ARDNŞ-nin "Neftqaztikintiquraşdırma" Trestinin işçiləri-Elnur İsmayılov, Məhəmməd Nəsirov, İlqar Xaliqov, Sərxan Fərziyev, Zöhrab Əsədov, İlham İsmayılov və başqaları (Cəmi-400 imza).