Oliqarx ovu: Baktel şirkətinin rəhbəri ölkədən qaçıb?
Tarix: 13-05-2015, 17:25 | Çap et
Oliqarx ovu: Baktel şirkətinin rəhbəri ölkədən qaçıb?
Son vaxtlar bəzi oliqarxların başının üstündə qara buludlar dolaşmaqdadır. Hətta bəzi biznesmenlər dələduzluq və ictimai əmlakı mənimsəmək səbəbi ilə həbs olunublar. Baş verənlərdən təşvişə düşən bəzi sahibkarlar çıxış yolunu hansısa ölkəyə qaçmaqda görürlər. Amma onlar unudurlar ki, Azərbaycan qanunlarının əli istənilən məsafəyə çatır. Yəni həmin qaçaq-biznesmenlər gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

Qafqaz Xəbər Agentliyinə daxil olan məlumata görə, Mobitel şirkətində aparılan vergi yoxlamaları elə qanunsuzluqları ortaya qoyub ki, şirkətin anbarları möhürlənməli olub. Vəziyyətin təhlükəli olduğunu başa düşən şirkətin sahibi Araz Mehdiyev ölkəni tərk edib. Və ölkədən getməzdən öncə sahibi olduğu bir neçə şirkəti satmağa cəhd eləsə də bu mümkün olmayıb. Ancaq Araz Mehdiyevin durumu ilə bağlı məlumatlı olan şəxslər şirkətləri almağa risq etməyiblər.

Mənbənin bildirdiyinə görə, hazırda Araz Mehdiyev Dubayda gizlənib.

Məlumat üçün bildirək ki, Araz Mehdiyev Baktel şirkətinin sahiblərindən biridir. Baktel-in digər sahibi keçmiş daxili işlər naziri, mərhum Məhəmməd Əsədovun oğlu Rasim Əsədovdur. Baktel şirkəti Azercell tərəfindən yaradılan alt distribüterlərin (əslində qeyri-qanuni monopolist qurum ) əsas üzvlərindən biridir. Məlumat üçün qeyd edək ki, Azercell tərəfindən yaradılan qeyri-qanuni qurumun üzvləri arasında bölünən kvotanın çox hissəsi Baktell-in payına düşür.

Redaksiyamıza daxil olan digər məlumatda qeyd olunur ki, Rasim Əsədov Avenuye paltar dükanları şəbəkəsinin sahibidir, hətta bir neçə ay öncə şirkətin bir hissəsinə Nizami Piriyev sahib olub.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net