Zülfüqarlı qardaşlarını Allaha tapşırırıq...
Tarix: 8-05-2015, 17:05 | Çap et
Zülfüqarlı qardaşlarını Allaha tapşırırıq...
Bu gün Azərbaycandan Türkiyəyə qaçan və davamlı olaraq Azərbaycan dövləti, Azərbaycanın dövlət rəhbərliyi haqqında əsassıq itihamlar səsləndirən Zülfüqarlı qardaşlarının nümayəndəsi Nurəddin Zülfüqarlı Vertikal.az-da yer alan bir materiala bəzi KİV-lərdə cavab verməyə çalışıb.

Vertikal.az bildirir ki, Azərbaycandan oğurladığı pullar hesabına Türkiyədə restoranlar şəbəkəsi quran və günü bu gün də bəzi azərbaycanlı məmurlar tərəfindən dəstək alan Nurəddin Zülfüqarlı portalımızın adını xatırlatmadan bizi hədələyib.

Biz isə az əvvəl bəzi media orqanlarına paylaşdığımız mövqeyimizi yenidən ifadə edərək, məsələyə nöqtə qoymaq istəyirik.

“Azərbaycan qanunları ilə təqib olunan Zülfüqarlı qardaşları bu gün hədə ilə danışırlarsa, özlərinin əsl simalarını ortaya qoymuş olurlar. Biz dövlətimizə söykənən adamlarıq. Onun pulu çoxdir. Amma bizim pulumuz olmasa da, arxamızda Azərbaycan dövləti, cənab prezidentimiz var".

Əlavə olaraq onu da bildiririk ki, bu gün dövlətimizə, millətimizə, prezidentimizə qarşı cəbhə açanlarla ermənilər bizim üçün eyni adamlardır. Düşmənin milləti olmur. Mövqeyi olur və əks səngərdə yer alanların hər birini Allaha tapşırırıq.


Zülfüqarlı qardaşlarının Azərbaycan dövlətinə qarşı apardığı təbliğatı Türkiyə mediasında təkrar olaraq izləyin və məsələnin mahiyyətindən xəbərdar olun...






Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net