İcra başçısının böyük siyasi səhv buraxdığı söylənilir
Tarix: 5-05-2015, 17:54 | Çap et
İcra başçısının böyük siyasi səhv buraxdığı söylənilir
Laçın rayon sakini Kərim Hüseynov tərəfindən Avrasiya.net-ə icra başçısı Akif Səlimovun fəaliyyəti ilə bağlı növbəti açıqlama daxil olub.
Aşıqlamad deyilir ki, gözdən və könüldən iraq qalan Taxtakörpü qəsəbəsində A.Səlimovun özbaşnalığı davam edir.
Akif Səlimov 1 may 2015-ci ildə Laçın İcra Hakimiyyətinin akt zalında qəbul keçirib. İcra başçısı qəbulda maddi yardım üçün müraciət edən vətəndaşlara, “Ölkədə vəziyyət çox ağırdır, sizin pullar hamısı gedir Olimpiadia üçün”- deyib.
Çıxışında dəfələrlə “Olimpiada bizim nəyimizə lazımdır, camaat acından ölür, onlar da pulu xərcliyir avropalılara” deyərək əslində çox böyük siyasi səhv buraxıb. Dolayısıyla bilməyərəkdən təmsil olunduğu hakimiyyətin gördüyü işlərə kölgə salır.
Bütün bunlar Səlimovun birinci səhvi deyil, yaxın günlərdə tədbirlərin birində Fransada, İtalyada, İngiltərədə, Vatikanda mədəniyyət sərgilərinə, musiqiyə xərclənən pullar haqqında çıxışında öz narazılığını dilə gətirib.
Rayona başçı təyin olunduğu gündən indiyə qədər vəzifəsindən sui-istifadə edən Akif Səlimovun küllü miqdarda vəsaitin axırına çıxdığı deyilir. Qəsəbədə onun abadlıq və yenidənqurma adı altında gördüyü yarı-yarımçıq işlərin pulu büdcədən verilsə də, həmin vəsaiti yerli idarə və müəssisə rəhbərləri ödəməli olublar. Qış yataqlarında məskunlaşmış əhalinin vəziyyəti dözülməz həddə çatıb. Qəsəbənin daxili yollarındakı vəziyyət isə daha acınacaqlıdır. Dəfələrlə icra başçısına edilən şikayətlərə isə məhəl belə qoyulmur. Dövlətin pullarını mənimsəyərək, əməllərinin ört-basdır edəcəyini düşünən, respublika rəhbərliyinə yalan satan, fəhlənin, müəllimin, həkimin məvacibinə göz dikən icra başçısı arxalandığı vəzifəli şəxsin adını açıqlamaqdan belə çəkinmir. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu özünün ağsaqqalı, böyüyü hesab edən Səlimov, bu barədə bir neçə dəfə danışıb.
Cənab prezident Səlimovu rayona icra başçısı təyin edəndə çox sevinən laçınlılar indi isə onun vəzifədən azad olunacağı günü səbrsizliklə gözləyirlər.
Avrasiya.net A.Səlimovun da haqqında deyilən ittihamlara mövqeyini dərc etməyə hazırdır.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net