Bakıda deputat xanımının apteki qarət olundu
Tarix: 11-02-2015, 12:26 | Çap et
Bakıda deputat xanımının apteki qarət olundu
Bir neçə gün öncə silahlı şəxs tərəfindən qarət edilən və 280 manat oğurlanan aptekin sahibinin kimliyi məlum olub.

Vertikal.Az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən aptekin sahibi millət vəkili İlyas İsmayılovun həyat yoldaşı Zəkəriyyə İsmayılovadır.

Deputat İlyas İsmayılov məlumatı təsdiqləyərək bildirib ki, hadisədən şikayətçi olublar və oğurluq edən şəxs tutulub: "Şikayət etdik, həmin şəxs tutulub. Burada sensasiya axtarılacaq bir şey yoxdur".

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zamanı aptekdə olan Zəkəriyyə İsmayılovaya və Almaz Əmirovaya qarşı quldurluq edən 1986-ci il təvəllüdlü Röyal Məmmədov müəyyən edilərək saxlanılıb.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net