Qaradağı qara günә qoyan korrupsiyanın acı reallıqları
Tarix: 1-05-2015, 15:50 | Çap et
Qaradağı qara günә qoyan korrupsiyanın acı reallıqları
Son illәrdә ölkәdә sosial layihәlәrin hәyata keçirilmәsi üçün milyardlarla manat vәsait ayrılıb. Regionların sosial­iqtisadi
inkişafını tәmin etmәk üçün büdcәdәn ayrılmış vәsaitlәr hesabına ölkәdә iri miqyaslı abadlıq­quruculuq işlәri aparmaq mümkün idi. Düzdür, görülmüş işlәri heç dә danmaq olmaz. Ancaq bu gün әn çox müzakirә olunan problemlәrdәn biri vәzifә salahiyyәtlәrindәn sui­istifadә edәrәk geniş imkanlar vә sәlahiyyәtlәr qazanan mәmurların ölkә qanunlarına sığmayan özbaşnalıqlarıdır. Dәfәlәrlә dövlәt başçısı tәrәfindәn belә mәmurlara sәrt xәbәrdarlıq edilmәsinә baxmayaraq hәlә dә özünü rәhbәrlik etdiyi bölgәnin “balaca padşahı” sayanlar az deyil. Onların fәaliyyәti nәticәsindә narazılıq dalğası formalaşdırılır.

Paytaxta yaxın olan vә mühüm sәnaye mәrkәzlәrindәn hesab olunan Qaradağ rayonu haqqında tәnqidi fikirlәr sәslәndirilәn, şikayәtlәrin ardı­arası kәsilmәyәn rayonlar siyahısında öncüllәrdәndir. Rayonda hökm sürәn korrupsiya, rüşvәtxorluq, mәmur özbaşınalıqlarının yaratdığı dibsiz uçurum hәr gün bir qәdәr dә dәrinlәşir. İcra başçısı Süleyman Mikayılovun yaratdığı dözülmәz şәrait rayonun inkişafı qarşısında sәdd çәkir. Qaradağın bütün mühüm sahәlәrinә tam nәzarәti әlә keçirәn icra başçısı sahibkarların, iş adamlarının, büdcә tәşkilatlarının normal fәaliyyәtini iflic vәziyyәtinә salıb.

Qaradağ rayonunun inkişafı üçün son illәr yetәrincә vәsait ayrılmasına baxmayaraq, aparılan bütün abadlıq­quruculuq işlәri yalnız kağız üstündә mövcuddur. İnzibati әrazi vahidliyinә 11 qәsәbә daxil olan rayonun bütün yaşayış mәntәqәlәrindә qalaqlanan problemlәr vәtәndaşların hәyat tәrzini ağırlaşdırır. Keçilmәz, çala­çuxur yollar, adi mәişәt problemlәri bu qәsәbәlәrin real mәnzәrәsidir.

Süleyman Mikayılovun rayona rәhbәrlik etdiyi müddәtdә Lökbatan qәsәbәsi sosial cәhәtdәn iflic vәziyyәtә düşüb.
Qәsәbәdaxili vә qәsәbәarası yollar dağıdılıb, uzun müddәt tәmir olunmadığı üçün gediş­gәliş çәtinlәşib. Rayonun mәrkәzini qәsәbәlәrlә birlәşdirәn yollar tam yararsız vәziyyәtdәdir. Eyni acınacaqlı vәziyyәt Sahil, Müşviqabad, Qobustan, Әlәt qәsәbәlәrindә dә hökm sürür.

Rayon әrazisinin paytaxta yaxın olması burada torpaq alveri üçün münbit şәrait yaradıb. Bu “ticarәt” icra başçısı Süleyman Mikayılovun rәhbәrliyi dönәmindә xüsusilә çiçәklәnib. Tәbii ki, torpaq alveri ilә paralel olaraq tikinti biznesi dә burada genişlәnib. Öncә torpaqların satışını tәşkil edәn icra vә bәlәdiyyә strukturları daha sonra tikinti aparmaq üçün vәtәndaşlardan pul tәlәb edirlәr. Bu isә uzun illәr milyonlarla qanunsuz vәsaitin mәnimsәnilmәsi demәkdir.

Rayonda son dövrdә 50 mindәn yuxarı qanunsuz tikilinin olması mәlumdur. Bunlardan yığılmış vәsaitin miqdarı 200 milyondan yuxarıdır. Fәrdi ev tikmәk istәyәn vәtәndaşlar bir mәrtәbәli tikili üçün azı 5 min, iki mәrtәbәli ev üçün isә 10 min manat vә daha çox vәsait ödәmәli olurlar. Bu pulu ödәmәyәnlәrә daşı daş üstә qoymağa imkan verilmir. Hәr il tikinti işlәrinin aparılması üçün toplanan vәsaitin mәblәği milyonlarla ölçülsә dә, bu qәsәbәlәrdә әn adi yaşayış şәrtlәri belә tәmin edilmir. İşıq, qaz xәtlәrinin, kanalizasiya sistemlәrinin әksәriyyәti sakinlәrin “özfәaliyyәtinin” nәticәsidir. Rayon rәhbәrliyinin tikililәrdәn qazandığı milyonlar azmış kimi, dövlәtin ayırdığı milyonlardan da bu qәsәbәlәrә pay düşmәyib. Qaradağda “yol kәnarı” abadlıq prinsipi daha geniş yayılıb. Belә ki, ölkә başçısının, digәr iri vәzifә sahiblәrinin sәfәri zamanı yol üstә yerlәşәn әrazilәrdә kosmetik işlәr aparılır, bu yolla rayonun әsl siması gizlәdilir.

Qaradağ rayonu sahibkarların “qorxulu röyasına” çevrilәn bölgәlәrdәndir. Burada iş adamlarına göstәrilәn münasibәt heç bir ölçü­mizana sığmır. Rayon әrazisindә fәaliyyәt göstәrәn irili­xırdalı bütün obyektlәr icra başçısının “nәzarәti” altındadır. Ölkә mәtbuatında, KİV­lәrdә qaradağlı sahibkarların minlәrlә şikayәt mәktubları yer alıb. Bütün şikayәtlәrin әsas qayәsi isә onlara göstәrilәn tәzyiqlәr, qanunsuz pul yığmalardır. Rayon әrazisindә respublika әhәmiyyәtli yüzlәrlә daş karxanası mövcuddur.

Lakin, çörәyi “daşdan çıxan” sahibkarların fәaliyyәti sözün әsl mәnasında daşa dirәnib. Çünki, icra başçısının qoyduğu şәrtlәr altında fәaliyyәt göstәrmәk faktiki olaraq mümkün deyil. Vaxtaşırı qaldırılan qiymәtlәr onları müflis olmaq tәhlükәsi ilә üz­üzә qoyub. Verilәn son mәlumatlara әsasәn, onların aylığı 50 min manata qaldırılıb. Bu isә sahibkarlar arasında ciddi narazılıq yaradıb. Qoyulan şәrtlәrlә razılaşmayanlar isә min­bir tәzyiqlәrә mәruz qalır.
Rayonda aparılan az­çox abadlıq işlәri zamanı isә yeyintinin mәblәği milyonlarla ölçülür. Görülәn işlәrin böyük qismi yerli sahibkarların hesabına görülsә dә, büdcәdәn xәrclәmәlәrә heç dә “xәsislik” edilmir.

İcra başçısının yenidәnqurma vә abadlıq işlәrindә istifadә olunan üzlük vә mişar daşlarını çox ucuz qiymәtә, bir çox hallarda isә hәtta pulsuz almasına rәğmәn, müvafiq sәnәdlәrdә hәmin mәhsulların qiymәti bir neçә dәfә şişirdilir. Mәnbәnin bildirdiyinә görә, bu yolla Süleyman Mikayılov ayrılan dövlәt vәsaitlәrinin mәnimsәnilmәsinә yol açır. Belә ki, Qaradağdakı daş karxanalarında hasil edilәn әhәng daşının yerindә qiymәti 20­25 qәpikdәn baha başa gәlmir. Amma tikinti zamanı istifadә olunan bu materialların sәnәdlәrdә qiymәti 60­65 qәpik göstәrilir ki, bu da qiymәtin tәxminәn 3 dәfә şişirdilmәsi demәkdir.

Üzlük daşlarına gәldikdә isә burada qazanc 2 dәfә artıqdır. Çünki emal olunmuş hәmin daşların maya dәyәri tәqribәn 18­20 manata bәrabәr olur. Amma icra başçısı onları sәnәdlәşdirәrkәn 33­35 manat civarında göstәrir. Bundan başqa mәlumatlı mәnbәlәr iddia edirlәr ki, hәr il rayonun sosial­iqtisadi inkişafı üçün milyonlarla manat vәsait ayrılsa da, onların aqibәti heç kimә mәlum deyil. Qismәn aparılan tәmir işlәri günәmuzd fәhlәlәrә gördürülür. Büdcәdәn ayrılan vәsait isә namәlum tәşkilatlara köçürülәrәk mәnimsәnilir.

Rayondan verilәn mәlumatlarda tәhsil, sәhiyyә vә digәr müәssisәlәrdә total rüşvәtxorluğun hökm sürdüyü bildirilir. Rayondan yuxarı dövlәt tәşkilatlarına şikayәtlәrin qarşısının alınması üçün sәrt inzibati tәdbirlәrdәn istifadә olunur. Şikayәt etmәyә fürsәt tapanlar isә tәqib olunaraq incidilir. “Şikayәtsiz” Qaradağ imici formalaşdırmağa çalışan Süleyman Mikayılov bu yolla gәlәcәk karyerasını tәmin etmәyә çalışır.

Xatırladaq ki, Bakı şәhәr İcra Hakimiyyәtinin başçısı postuna әn iddialı namizәdlәr sırasında uzun illәr Süleyman Mikayılovun adı tirajlanıb. Elә bu sәbәbdәn dә icra başçısı bütün vasitәlәrlә “işgüzar imicini” qorumağa çalışır.

Amma, mәhz onun rәhbәrliyi dönәmindә Qaradağ rayonu tarixinin әn ağır günlәrini yaşayıb. Bu gün paytaxtın beş
addımlığında yerlәşmәsinә baxmayaraq, rayonda әn ucqar әyalәt problemlәri tüğyan edir. Bәs görәsәn dövlәt tәrәfindәn
ayrılan milyonlar haraya uçdu ki, 11 qәsәbәnin problemlәri bitmәk­tükәnmәk bilmir? Narazıların sәsini boğmaqla Qaradağın “inkişafına” daha nә qәdәr nail olmaq mümkün olacaq?

Bәllidir ki, bu il ölkәdә ciddi kadr islahatlarının aparılacağı, uzun zaman adı korrupsiyalaşmış mәmurlar siyahısında yer alan icra başçıları arasında tәmizlәmә olacağı bildirilir. Verilәn mәlumatlara görә, bu siyahıda daha yüksәk postlara iddia edәn Süleyman Mikayılovun da adı yer alır. Onun vәzifәdәn alınacağı ilә bağlı yayılan xәbәrlәr rayonda sevinclә qarşılanıb. Sakinlәr bu kadr dәyişikliyindәn sonra Qaradağın da qara dağına işıq düşәcәyinә, gün doğacağına ümid edirlәr.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net