Ermənilərin xüsusi diversiya qrupu məhv edildi
Tarix: 11-02-2015, 12:24 | Çap et
Ermənilərin xüsusi diversiya qrupu məhv edildi
V: - Düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.

Vertikal.Az Müdafiə Naziriyinin rəsmi saytına istinadən xəbər verir ki, şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.

Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net