İkinci qrup əlil DSMF-dən narazılıq edir
Tarix: 28-04-2015, 15:20 | Çap et
İkinci qrup əlil DSMF-dən narazılıq edir
Şəki sakini Əlövsət Ağayev bildirir ki, iki il ona məxsus olan sığorta ödənişi başqasının adına köçürülüb
«27 aprel 2015-ci il tarixdə mənim 63 yaşımın tamam olması ilə əlaqədar, bir ay qabaq mən DSMF-yə e-mail vasitəsilə məlumat vermişdim. E.Mehdiyev vətəndaşları e-qoz.az dan istifadə etməyə çağırış etməsinə baxmayaraq, 22 aprel 2015-ci il tarixli elektron cavabında, əvvəlki kimi, mənə DSMF-nin Şəki Şöbəsinə müraciət etməyimi bildirdi». Bu sözləri JAM.AZ-a Şəki şəhəri, 20 Yanvar küçəsi 56, mənzil 31-də yaşayan 2-ci qrup hərbi xidmət əlili Əlovsət Ağayev yazıb.
O bildirib ki, 23 aprel 2015-ci il tarixdə Şəki şöbəsinə ərizə ilə müraciət edib və bugünə qədər ona qaranlıq qalan məsələyə hələ də aydınlıq gətirilməyib. «Şəki DSMF-nə getdim və orada məsələni aydınlaşdırmağa çalışdım. Qurumun rəsmilərinə bildirdim ki, 2006-2008-ci iillərdə mənim işlədiyim Şəki Telekommunikasiya Qovşağı tərəfindən hesabıma köçürülən sığorta ödənişləri, başqa soyadlı şəxsin hesabına mədaxil olunub. 2006-cı ildə, bundan xəbər tutan gündən başlayaraq, bu haqda Azərbaycanın bütün aidiyyatı instansiyalarına 2 il ərzində 50 yaxın rəsmi müraciət edəndən sonra, mənim kartımda soyadıma düzəliş etdilər. Lakin 2006-2008-ci illərdə səhvən başqa adamın adına mədaxil olunan pensiya kapitalım yenidən mənim hesabına qaytarılması haqda heç bir rəsmi məlumat verilmədiyinə görə, 2006-2015-ci illər ərzində pensiya hesabıma yığılan məbləği yoxlamasına ehtiyac var».
Əlövsət Ağayev bildirir ki, DSMF nümayəndəsi belə yoxlamaları onların keçirə bilmədiyini vurğulayıb və bunu ancaq Baş İdarədən öyrənməyin mümkün olduğunu söyləyib. «24 aprel 2014-cü il taruxdə mən bu sualla prezidentə e-mail müraciət göndərdim.Müraciətin surətini isə həmin günü DSMF-nin elektron poçtuna yerləşdirdim və xəbərdarlıq etdim ki, mənim qaldırdığım məsələyə aydınlıq gətirilmədən, mənə yaşa görə pensiya hesablanmasın. Əks halda bu haqda məhkıməyə şikayət edəcəm».
Şəki sakini bildirir ki, 47 il fasləsiz olaraq, sığorta ödəyicisidir. «2006-cı ildən bu günədək orta aylıq əmək haqqım 350 manat təşkil edir. Bu günədək 112 aya görə, Şəki TKQ-dan DSMF-yə köçürülən ödənişlərin məblıği orta hesabla, 10080 manat təşkil etməlidir. Bu gün mənə 2-qrup əlilliyimə görə, hesablanan pensiyamın məbləği məbləğ 180 manat təşkil edir. Bütün bunları nəzərə alsaq, mənə yaşa görə hesablanacaq məbəğ: 182+(10080:114)= 270 manat olmalıdır. İndi gözləməliyəm görək DSMF mənə, rüşvət verməyənlər kateqoriyasından olan, öz hüquqlarını qanunların aliliyi əsasında müdafiə edənə vətəndaşa, hansı məbləğdə pensiya hesablayacaqdır?»





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net