“Azərbaycan beynəlxalq səhnədə öz yerini tuta bilib”
Tarix: 28-04-2015, 11:30 | Çap et
“Azərbaycan beynəlxalq səhnədə öz yerini tuta bilib”
“Azərbaycan beynəlxalq səhnədə öz yerini tuta bilib. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Qoşulmama Hərəkatının üzvüdür”.

Bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilərdə Azərbaycan 155 ölkə tərəfindən dəstəklənib: “Bu göstərir ki, Azərbaycan dünyada dəstəklənir. Təəssüf ki, beynəlxalq hüquq zəif ölkələrin maraqlarına xidmət etmir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi dərhal icra olunur, bəzi qətnamələrin icrası isə illərlə çəkir. Yəni bəzi dairələrin öz maraqları var. Beləliklə, ikili standartlar qaydaya çevrilir”.

***

“Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyatın inkişafına mane olsa da, Azərbaycan müstəqillik illərində iqtisadiyyatını inkişaf etdirib”.

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı neftdən 30 faiz asılıdır: “Azərbaycan sərmayələrə açıq dövlətdir. Son illər ölkəyə 70 milyard dollara qədər vəsait yatırılıb. Biz rəqabətə davamlılıq baxımından dünyada 30-cu yerdəyik. Biz demək olar ki, işsizliyi aradan qaldıra bilmişik, işsizlik 5 faizə enib. Yoxsulluq da 49 faizdən 5 faizə enib. Enerji resurslarından əldə edilən gəlirlərdə, dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq öz rolunu oynayır. Hökumətimiz texnologiyalar, kənd təsərrüfatını inkişaf etdirir. Azərbaycanın iki peyki var, kosmik sənaye inkişaf edir”.

Prezident bəyan edib ki, islahatlar heç vaxt dayandırılmayacaq: “Əlimizdən gələni etməliyik ki, dövlətçiliyimizi gücləndirək. Dövlət iqtisadi baxımdan zəifdirsə, təsir altına düşürsünüz. Azərbaycan xarici təsirlərdən özünü müdafiə edir. Bu gün biz müstəqilik və müstəqilliyimizi müdafiə etməliyik. Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır”.

***

“Azərbaycan enerji daşıyıcılarının təchizatı sahəsində rolunu gücləndirir. Regionda yeni enerji xəritəsi yaratmışıq”.

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, nəinki Azərbaycanın öz enerji resursları, hətta Xəzərin şərqindəki enerji ehtiyatları da yaradılan infrastrukturla dünya bazarlarına çıxarılacaq: “TANAP layihəsi artıq başlayıb, daha sonra TAP layihəsi icra olunacaq. Bolqarıstan da Azərbaycanın enerji siyasətinin bir hissəsi olacaq. Əminəm ki, Balkan regionunda yerləşən ölkələr gələcəkdə bizim layihələrə qoşulacaq. Azərbaycanın nəhəng enerji ehtiyatları var, 2018-2019-cu illərdə bu layihələr icra olunmalıdır. Bununla bağlı Bakıda Məşvərət Şurasının iclası keçirilib”.

Prezident qeyd edib ki, enerji təchizatının şaxələndirilməsi milli təhlükəsizlik məsələsi kimi qəbul edilməlidir: “Avropa üçün yeganə təbii enerji mənbəyi Azərbaycandır. Biz başqa enerji təchizatçıları ilə rəqabət apardığımızı demirik. Azərbaycan növbəti ay Riqa sammitində iştirak edəcək. Avropa İttifaqının 7 ölkəsi ilə enerji sahəsində əməkdaşlıqla bağlı saziş imzalamışıq. İnanıram ki, Avropa İttifaqı müxtəlif ölkələrlə müxtəlif əməkdaşlıq formatlarına, o cümlədən Azərbaycanla strateji tərəfdaşlıq formatına üstünlük verəcək”.

***

“Radikallaşma sabitliyə zərbədir. Yoxsulluq, işsizlik isə radikallaşmaya zəmin yaradır”.

Bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu səbəbdən təhsil radikallaşmadan qorunma, inkişafa aparan yoldur: “Biz ölkəmizi azadlıq, demokratiya yolunda inkişaf etdirməli, müstəqilliyimizi gücləndirməliyik”.

***

“Belə bir tədbirin Bakıda keçirilməsi çox mühüm hadisədir. Tədbirdə dünya siyasətinə dair mühüm məsələlər müzakirə olunacaq. Yüksək səviyyəli siyasətçilərin bu tədbirdə iştirakı və mühüm məsələlərin müzakirəsi unikal imkandır”.

Bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.


Dövlət başçısı bildirib ki, Nizami Gəncəvi Mərkəzi mühüm təsisata çevrilib: “İnanıram ki, bu Mərkəz gələcəkdə dünyada gərginliyin azaldılması, əməkdaşlıq üçün daha münbit şərait yaradılması üçün öz töhfəsini verəcək. Bu Mərkəz sosial, humanitar, siyasi məsələlərə dair məqamları müzakirə edir. Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu məkan olub. Azərbaycan Avropa və Asiya arasında təbii-coğrafi körpüdür, indi isə Avropa və Asiya arasında mədəni körpüyə çevrilib. Azərbaycanda müxtəlif etnik və dini nümayəndələri tolerant şəraitdə yaşayıb, Azərbaycan beynəlxalq multikulturalizm mərkəzinə çevrilib, gələn ay da bununla bağlı mühüm tədbir keçirəcəyik”.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan 20 ildir ki, müstəqildir və böyük nailiyyətlər əldə olunub: “Müstəqillik dövründə göstərdik ki, xalqımız öz gələcəyini özü qura, dünyada öz mövqeyini ortaya qoya bilər. Təbii ki, Azərbaycan enerji resurslarına malikdir, lakin müstəqil olmayan dövrdə həmin resurslardan yararlana bilmirdik. Azərbaycan II Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə ən mühüm rollardan birini oynadı, SSRİ-nin neftinin 70 faizini Azərbaycan təmin edirdi. Lakin müstəqillik dövründə iqtisadiyyatın durumu pis idi, xaos vəziyyəti vardı. Bizim qarşımızda həm də planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitar rejimdən demokratik rejimə keçid dururdu. Bu gün Azərbaycanda azad cəmiyyət var, siyasi dəyişikliklər davam edir”.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net