“Siyəzən broyler”dən cinayətə bərabər addım: ölmüş toyuq satılır?
Tarix: 27-04-2015, 18:01 | Çap et
“Siyəzən broyler”dən cinayətə bərabər addım: ölmüş toyuq satılır?
“Siyəzən broyler” quşçuluq fabriki barəsində şok məlumatlar yayılıb.

İddia olunr ki, fabrikdə işləyən fəhlələrə günorta və axşam yeməyinə ölmüş toyuq əti verilir. Tia.az xəbər verir ki, satışa çıxarılan broyler toyuqları da ölmüş ola bilər. Bu vaxta qədər broyler toyuqlarının xüsusi dərmanlarla böyüdüldüyündən xəbərimiz olmadığına görə, satışda olan broyler toyuqlarının ölü toyuqlar olmamasına kim zəmanət verir.
Məlumat üçün deyək ki, təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb olunur, broyler toyuqları isə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olurlar. Bu zaman toyuqlar dayanmadan yemlənir və demək olar ki, fəaliyyətsiz bəslənirlər. Bu xüsusiyyət ətlik istiqamət üçün çox əlverişlidir.
Toyuqlar kəsilən kimi - 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman heç bir keyfiyyət fərqi baş vermir. Bir sıra Rusiya və Türkiyə mənbələrinin yazdığına görə, broyler toyuqlarının yeminə antibiotik və hormonal preparatların qatılması onların ətlənməsinə və müxtəlif xəstəliklərdən müdafiə olunmasına xidmət edir.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net