Bərdənin yeni icra başçısı kim olacaq?
Tarix: 14-04-2015, 14:53 | Çap et
Bərdənin yeni icra başçısı kim olacaq?
“Yaxın günlərdə Bərdənin icra başçısı Vidadi İsayev vəzifəsindən uzaqlaşdırılacaq”. Bizimxeber.az-a məlumatlı mənbələrdən daxil olan xəbərə görə, Hesablama Palatasının yerli icra hakimiyyəti orqanlarında aşkarladığı maliyyə pozuntuları bəzi icra başçıları kimi, Bərdənin rəhbəri Vidadi İsayevi də bərk narahar edib.
Redaksiyaya daxil olan məlumatlarda qeyd olunur ki, ən ciddi maliyyə pozuntusu Bərdə rayonunda aşkarlanıb. Vətəndaşlara verilən subsidiyalarla bağlı ciddi problemlərin oldugunu deyən mənbə bildirir ki, Vidadi İsayevin yoxlamanın qarşısının alınması istiqamətində göstərdiyi səylər də heç bir fayda verməyib. Yoxlamaların nəticəsi olaraq, Vidadi İsayevin yaxın vaxtlarda Bərdədən uzaqlaşdırılması və yenidən rayonda maliyyə yoxlamalarının aparılması gözlənilir. Məlumatda həmçinin qeyd olunur ki, yoxlamalardan sonra icra başçısı rayonun baş memarı Rəşid Süleymanov və Aqrar məsələlər şöbəsinin müdiri Əhməd Qarayevə töhmət verib. Bu isə Vidadi İsayevin özünü və əməllərini sığortalamaq kimi qiymətləndirilir.
Elə isə maraqlıdır, Bərdənin yeni icra başçısı kim olacaq? Uzun illərdi bu posta sahib olmaq üçün çalışanlarmı, yoxsa kim?
Rayondan daha geniş reportaj yaxin günlərdə təqdim ediləcək.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net