
Bakının Nərimanov rayon icra başçısı köməkçilərinə göstəriş verib.
Abidin Fərzəliyevin “əmr”inə əsasən rayonun “Montin” qəsəbəsində obyekt sahibləri aylıq “haqq”ı artırmalıdır. Tia.az-a daxil olan şikayətə görə, icra başçısının tapşırığı sahibkarlara çatdırılıb.
Sahibkarlara bildirilib ki, əlavə haqların artırılması Gül bayramına hazırlıq və Avropa Oyunlarına dəstək məqsədi ilə əlaqədardır. İş adamları isə manatın ucuzlaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsini əsas gətirərək bu pulu verməkdən imtina ediblər. Hazırda qəsəbədə gərginlik yaşanır.