Cəliabadın icra başçısı çətin durumda - yoxlamalar başlayıb
Tarix: 8-04-2015, 16:26 | Çap et
Cəliabadın icra başçısı çətin durumda - yoxlamalar başlayıb
Cəlilabad rayonunda dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı olaraq aduit tədbirləri həyata keçirilib. GUNDEMİNFO.AZ- a daxil olan məlumata əsasən rayonda kənd təsərrüfatı subyektləri üçün ayrılan subsidiyaların istifadəsi, tenderlərin keçirilməsi, həmçinin şəhər təsərrüfatı üçün ayrılan büdcə vəsaitlərinin istifadəsinə dair yeyinti faktları aşkar edilib.

Məlumata əsasən rayonun icra başçısı sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovla yaxın münasibətlərinə görə, kənd təsərrüfatı subyektlərinə görə ayrılan büdcə vəsaitlərinin istifadəsinə nəzarəti həyata keçirməyib və ya səhlənkarlıq edib. Hazırda dövlət mumurunun hərəkətsizliyi və büdcə vəsaitlərinin istifadəsinə dair bir sıra məqamların araşdırıldığı söylənilir. Məlumatlara əsasən hətta ən yüksək dairələrdən nəzarət həyata keçirilir.

Bildirilir ki, Cəlilabad rayonunda büdcə vəsaitlərinin istifadəsinə dair ciddi şübhələrin ortada olması ilə yanaşı, həmçinin də icra başçısı Əziz Əzizovun vətəndaşlarla münasibətləri, davranış qaydalarını pozması halların da çoxsaylı şikayətlər var. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net