“Qarabağ”a çempionluq kuboku və medallar təqdim olundu - FOTO
Tarix: 20-06-2020, 22:23 | Çap et
“Qarabağ”a çempionluq kuboku və medallar təqdim olundu - FOTO

Bu gün Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu olan “Qarabağ” klubu mükafatlandırılıb.

Peşəkar Futbol Liqasından Oxu.Az-a verilən məlumata görə, Suraxanı qəsəbə stadionunda baş tutan, amma pandemiya ilə əlaqədar olaraq kütləvi keçirilməyən tədbirdə “Qarabağ” klubunu vitse-prezident Tahir Gözel, direktor Emrah Çelikel, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və mövsümün bombardirlərindən olan Mahir Emreli təmsil ediblər.

Təqdimetmə zamanı əvvəlcə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək “Qarabağ”ı növbəti çempionluq münasibəti ilə təbrik edib, Çempionlar Liqasında uğurlar arzulayıb.

Çıxışın ardından Mahir Emreli mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafata sahib çıxıb. I Divizionun bombardiri olan Musa Qurbanlı isə tədbirdə iştirak etmədiyi üçün onun mükafatı məşqçisi olmuş Rəşad Sadıqova verilib.

“Qarabağ”a çempionluq kuboku və medallar təqdim olundu - FOTO

Qeyd olunan şəxslər medallarını əldə etdikdən sonra sonda PFL prezidenti çempionluq kubokunu kapitan Rəşad Sadıqova təqdim etdi. Sadıqov və Emrelinin kuboku götürdükdən sonra boş tribunalar önünə gedib, bir növ onları azarkeşlərlə bölüşürmüşlər kimi davranması kubokun qazanılmasında azarkeşlərin rolunu əks etdirən simvolik mesaj kimi dəyərləndirilib.

Qeyd edək ki, komandanın digər üzvlərinin medalları Ağdam klubunun rəhbərliyinə təqdim olunub.

“Qarabağ”a çempionluq kuboku və medallar təqdim olundu - FOTO




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net