Biləsuvardan bütün Azərbaycana xəstəlik ixrac olunur...
Tarix: 4-04-2015, 11:57 | Çap et
Biləsuvardan bütün Azərbaycana xəstəlik ixrac olunur...
Xəstə heyvan alveri bir qrup işbazın qazanc mənbeyinə çevrilib.

Belə hallar bəzi rayonlarda movcud olsa da, əsas dominantlığı, Biləsuvar rayonundakı dəllallar təşkil edir. Onlar nəinki xəstə heyvan hətda at eşşək kəsməkdən belə çəkinmirlər.

Vertikal.az-a daxil olan məlumatında qeyd olunur ki, bu bölgədə xəstəliyə tutulan heyvanların çoxluğu bezi işbazların qazanc mənbəyinə çevrilib.

Aldığımız məlumatda bildirilir ki, bölgə üzrə xəstə heyvan sahibləri, heyvanların sağalması üçün müəyyən tədbirlər həyata keçirir, sağalmadıqda isə, geriləyən heyvanları xüsusi işbazlara çox vaxt ayaq üstə və yaxud da, kəsərək ucuz qiymətə yəni ətin 1 kq-nın dəyəri, uzağı 2 manatdan yuxarı olmamaq şərti ilə satırlar.

Həmin dəllallar belə ət məsullarını özlərinə aid anbarlarda saxlayırlar. Həftəlik tədarüklər edərək, nəzərdə tutulan yük düzələndən sonra birbaşa paytaxta kolbasa sexlərinə, bəzi hallarda isə şadlıq evlərinə paylaşdırırlar.

Verilən məlumatda qeyd olunur ki, Biləsuvar rayon Baytarlıq idarəsinin baş həkimi Əflatun Səfərovun imzasıyla belə işbazlara paytaxta ət apara bilmələri üçün aylıq müəyyən arayşlar verirlir. Onlarda da, çox vaxt qeydiyatı nömrəsi tarixi olmur. Zərurət yarananda belə arayşlara işbazlar özləri tarix qeydiyyat nömrəsi qoyb, müvafiq yoxlamalara təqdim edə bilirlər.

Hal-hazırkı dönəmdə müşahidələr göstərir ki, kolbasaların 1 kiloqramı 6-14 manat, sosislər 5-8 manat arasında dəyişir. Yəni bundan baha yerli məhsul tapa bilməzsiniz. İdxal kolbasa və sosislər isə 2 dəfə yüksək qiymətədir.

Bu gün Azərbaycanda ətin kiloqramı ilə kolbasanın kiloqramının qiyməti arasında nisbi uyğunsuzluq var. 1 kq mal əti 8-9 manat, 1 kq kolbasanın isə orta qiyməti 6 manat təşkil edir.

Satışda hətta 3-4 manatada kolbasa növlərinə rast gəlmək mümkündür. Bu da onu göstərir ki, kolbasa istehsalında dırnaq arası işbazların fəaliyyəti sayəsində əldə olunan ucuz ətlərdən və yaxud da, onu əvəz edən əlavələrdən geniş istifadə edilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net