Lənkəranın icra başçısının səhhətindəki problemlər Bakının da diqqətini cəlb edib
Tarix: 9-03-2015, 16:51 | Çap et
Lənkəranın icra başçısının səhhətindəki problemlər Bakının da diqqətini cəlb edib
Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovla bağlı maraqlı informasiyalar yayılıb. Vertikal.az-ın əldə etdiyi xəbərdə deyilir ki, Lənkəranın icra başçısının səhhətində ciddi problemlərin olması onun vəzifədən alınmasını gündəmə gətirib.

Xatırladaq ki, hələ keçən il Qaraşov infark keçirmişdi və uzun müddət işə çıxa bilməmişdi.

İndi isə məlum olur ki, artıq xəstəliyi şiddətli xarakter alan icra başçısının məsələsi Bakı üçün də aktual bir mövzuya çevrilib və onun işindlən çıxarılmasını zəruriləşdirib.

Daxil olan informasiyada o da bildirilir ki, Taleh Qaraşovu hazırda rayon icra hakimiyyətində vəzifə tutan şəxslərdən birinin əvəz etməsi gözlənilir.

Bu dəyişikliyin isə mart ayının ortalarına təsadüf edəcəyi gözlənilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net